Yuxarı

Zəngilanda növbəti əmək yarmarkası olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəngilanda növbəti əmək yarmarkası olacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Zəngilan rayonunda növbəti əmək yarmarkası keçirəcək.

Axar.az xəbər verir ki, yarmarka Zəngilan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ilə birgə 3 iyun 2026-ci il tarixində, saat 15:00-da Zəngilan şəhəri, Samir Sarıyev küçəsi, 7 ünvanında keçiriləcək.

Yarmarkada nasos qurğuların maşinisti, təmizləyici qurğuların operatoru, təmirçi-çilingər və s. üzrə vakansiyalar təqdim olunacaq.

Aktiv məşğulluq tədbirində vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq. Habelə Agentliyin icra etdiyi məşğulluq proqramları barədə iştirakçılara ətraflı məlumat veriləcək.

Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

Tarix
2026.06.02 / 18:27
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla