17:37
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Gömrük
sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi
yoxlamaların sadələşdirilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 22 oktyabr tarixli 656 nömrəli Fərmanında
dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Axar.az xəbər verir ki, fərmana əsasən "Gömrük sahəsində
nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların
sadələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 22 oktyabr tarixli 656 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1128)
1-ci hissəsi ləğv edilib.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında
fərman imzalayıb.
Fərmana əsasən "Azərbaycan
Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasnamə",
"Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
strukturu", "Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti
hesabına saxlanılan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi
Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinin sisteminə işə götürülən işçilərin ştat
sayının həddi", "Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı" təsdiq
edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan
Respublikası Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu
Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat vermək, bu Fərmandan irəli
gələn digər məsələləri həll etmək tapşırılıb.
18:57
İlham Əliyev "Dövlət rüsumu haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2015-ci il 29 dekabr tarixli 82-VQD nömrəli
Qanununun tətbiqi və "Dövlət rüsumu haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli
Fərmanında dəyişikliklər edilməsi haqqında fərman
imzalayıb.
Fərmanda qeyd edilir: "Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Dövlət
rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr
tarixli 82-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Dövlət rüsumu haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı
təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki, "Dövlət rüsumu haqqında" Azərbaycan
Respublikası Qanununun 23.1-ci, 23.2-ci, 23.3-cü (birinci və üçüncü
cümlələrdə) və 23.4-cü (birinci cümlədə) maddələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Dövlət rüsumu haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 767;
2006, № 12, maddə 1057; 2008, № 9, maddə 798; 2012, № 6, maddə 547,
№ 12, maddə 1271; 2013, № 11, maddə 1327, № 12, maddə 1510; 2014, №
4, maddə 360) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.4-cü bənddə "maddəsində" sözü ", 23.2-ci, 23.3-cü
(birinci və üçüncü cümlələrdə) və 23.4-cü (birinci cümlədə)
maddələrində" sözləri ilə əvəz edilsin;
4.2. 2.5-ci bənd ləğv edilsin".
***
İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq
edilmiş "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən
və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki
dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə
verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı"nda dəyişiklik
edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Mülki dövriyyənin
müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına
xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi
məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən
mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı"nı "Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli
Fərmanı ilə təsdiq edilmiş "Xidməti və mülki silahın Azərbaycan
Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından
aparılması Qaydaları"nda dəyişikliklər edilməsi haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 9 sentyabr tarixli
590 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr
tarixli 292 nömrəli Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005, № 9, maddə 798, № 10, maddə 918;
2006, № 5, maddə 408; 2007, № 3, maddə 232, № 8, maddə 765; 2008, №
1, maddə 7, № 8, maddə 719; 2009, № 3, maddə 163; 2013, № 6, maddə
654; 2014, № 2, maddə 112, № 9, maddə 1027, № 10, maddə 1220; 2015,
№ 7, maddə 829) ilə təsdiq edilmiş "Mülki dövriyyənin müəyyən
iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi
icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış)
əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti
orqanlarının Siyahısı"nın 3-cü hissəsinin "Xüsusi icazə verən icra
hakimiyyəti orqanı" sütununa "Daxili İşlər Nazirliyi" sözlərindən
sonra "(Azərbaycan Respublikasına səfərləri zamanı xarici dövlət və
hökumət başçılarını, onların ailə üzvlərini, beynəlxalq
təşkilatların rəhbərlərini, habelə xarici dövlətlərin və beynəlxalq
təşkilatların vəzifəli şəxslərini müşayiət edən həmin dövlətlərin
və təşkilatların mühafizə xidmətlərinin əməkdaşları tərəfindən öz
xidməti vəzifələrini icra etmək məqsədi ilə xidməti silahın və onun
döyüş sursatının Azərbaycan Respublikasına gətirilməsinə və
Azərbaycan Respublikasından aparılmasına münasibətdə Azərbaycan
Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti)" sözləri əlavə
edilsin".
***
İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş
"Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində xidməti və
mülki silahı əldə etməsi, saxlaması və təyinatı üzrə istifadə
etməsi Qaydaları"nda dəyişikliklər edilməsi haqqında fərman
imzalayıb.
Fərmanda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Xarici dövlətlərin
hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahı əldə
etməsi, saxlaması və təyinatı üzrə istifadə etməsi Qaydaları"nı
"Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli
769 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xidməti və mülki silahın
Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan
Respublikasından aparılması Qaydaları"nda dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 9
sentyabr tarixli 590 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə
qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust
tarixli 769 nömrəli Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002, № 8, maddə 489; 2004, № 8, maddə 616;
2005, № 1, maddələr 15, 19; 2006, № 9, maddə 743; 2008, № 7,
maddələr 612, 619, № 8, maddə 719; 2009, № 4, maddə 226; 2014, №
10, maddə 1213; 2015, № 9, maddə 977) ilə təsdiq edilmiş "Xarici
dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan
şəxslərin Azərbaycan Respublikasının ərazisində xidməti və mülki
silahı əldə etməsi, saxlaması və təyinatı üzrə istifadə etməsi
Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 4-cü hissədə "nümayəndələri" sözündən sonra "(bu Qaydaların
4-1-ci hissəsində nəzərdə tutulmuş mühafizə xidməti əməkdaşları
istisna olmaqla)" sözləri əlavə edilsin, "bəndinə" sözü "hissəsinə"
sözü ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilsin:
"4-1. Azərbaycan Respublikasına səfərləri zamanı xarici dövlət
və hökumət başçılarını, onların ailə üzvlərini, beynəlxalq
təşkilatların rəhbərlərini, habelə xarici dövlətlərin və beynəlxalq
təşkilatların vəzifəli şəxslərini müşayiət edən həmin dövlətlərin
və təşkilatların mühafizə xidmətlərinin əməkdaşları tərəfindən öz
xidməti vəzifələrini icra etmək məqsədi ilə xidməti silahın və onun
döyüş sursatının Azərbaycan Respublikasına gətirilməsi və
Azərbaycan Respublikasından aparılması Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyinin rəsmi müraciətinə əsasən Azərbaycan
Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin verdiyi xüsusi
icazə ilə həyata keçirilir. Azərbaycan Respublikasının Xüsusi
Dövlət Mühafizə Xidməti həmin xüsusi icazələr barədə Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyinə məlumat verir.".
3. 8-ci hissədə "bəndində" sözü "hissəsində" sözü ilə əvəz
edilsin".
***
İlham Əliyev Azərbaycan Respublikası Xarici Kəşfiyyat
Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında fərman
imzalayıb.
Fərmanda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan
Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətini təmin etmək
məqsədi ilə qərara alıram:
1. "Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti haqqında
Əsasnamə" təsdiq edilsin.
2. "Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin
strukturu" təsdiq edilsin.
3. "Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına
saxlanılan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin
hərbi qulluqçularının və Azərbaycan Respublikası Xarici Kəşfiyyat
Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi"
təsdiq edilsin.
4. "Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində ali
hərbi rütbəli vəzifələrin siyahısı" təsdiq edilsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Bu Fərman imzalandığı gündən qüvvəyə minir".