Yuxarı

Deputat: "Prezidentin tapşırıqları..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən verilən tapşırıq çox doğru bir qərardır.

Bunu Trend-ə Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, heç bir halda çörəyin qiyməti dəyişməməlidir: "Biz Prezident İlham Əliyevin bu tapşırığını dəstəkləyirik. Çox doğru bir qərardır. Çörəyin qiyməti dəyişməməlidir. Bu sahəyə rəhbərlik edən şəxslər düşünməli və dövlət başçısının göstərişini qeyd-şərtsiz yerinə yetirməlidirlər. Çörək istehsalı ilə məşğul olan şəxslər çox pul qazanmaq niyyətlərindən əl çəkməli, xalqın, dövlətin yanında olmalıdırlar".

F.İbrahimli bildirib ki, bu gün dünyada gedən böhran Azərbaycana da təsir edib: "Yaranmış vəziyyətdən biz uğurla çıxmalıyıq. Neftin qiymətinin azalması və manatın devalvasiyası müəyyən məsələlərə yenidən baxmağı tələb edir. Dövlətini, xalqını sevən hər kəs bu vəziyyətdə bir araya gəlməlidir".

Tarix
2016.01.17 / 23:15
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla