Yuxarı

Türkiyənin turizm təcrübəsi Şuşada tətbiq ediləcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin turizm təcrübəsi Şuşada tətbiq ediləcək

Türkiyədə səfərdə olan Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimov və başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının mədəniyyət naziri Mehmet Nuri Ərsoyla görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Görüşdə türkiyəli nazirə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin işğaldan azad olunmasından sonra həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib.

2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada il ərzində həyata keçirilmiş beynəlxalq mədəniyyət tədbirləri, bu tədbirlərin türk dövlətlərinin mədəniyyət sahəsində əməkdaşlığına verdiyi töhfə xüsusi qeyd olunub.

Görüşdə Azərbaycanın ən gözəl bölgələrindən olan Şuşada turizm sektorunun inkişaf etdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Turizm infrastrukturunun genişlənləndirilməsi, bu sahədə ixtisaslı kadrların hazırlanması mövzusuna toxunulub və Türkiyənin uğurlu turizm təcrübəsinin tətbiq olunması imkanları müzakirə olunub.

Tarix
2023.11.13 / 23:07
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanda Türkiyə bayrağı yandırıldı: Rəsmi Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

"Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir?

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Bakıdakı səfir Acarıstanın sədri ola bilər

İsrailin Azərbaycandakı sabiq səfirinə vəzifə verildi - Foto

Laçın postunun qurulmasının Zəfər tarixində strateji əhəmiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla