Milli Televiziya və Radio Şurası ANS televiziyasının
efirində yayımlanan "Qanlı Yanvar" bədii serialının 20 yanvar
tarixində yayımlanan seriyasında xeyli qanun pozuntuları
aşkarlayıb. Qeydə alınan qanun pozuntuları əsasən qeyri-etik
ifadələrdən və söyüşlərdən ibarətdir.
Bunu Report-a açıqlamasında MTRŞ-nın şöbə müdiri
Təvəkkül Dadaşov deyib.
Şöbə müdiri qeyd edib ki, Vahid Mustafayevin çəkdiyi və ANS-in
efirində yayımlanan "Qanlı yanvar" filmi ilə bağlı mediada, sosial
şəbəkələrdə geniş müzakirələr gedir, serialda neqativ hallar olduğu
vurğulanır: "Əlbəttə, hər kəsin öz fikri və arqumenti ola bilər.
Şura olaraq filmin məzmunu və tarixi hadisələri necə əks etdirməsi
ilə bağlı fikir bildirmək istəməzdik. O da nəzərə alınmalıdır ki,
bu, bədii təxəyyülün məhsuludur. Lakin "Qanlı Yanvar" həssas
hadisəyə, xalqın qan yaddaşına həkk olunan tarixi proseslərə həsr
olunduğu üçün reaksiyalar təbiidir. Bunlara münasibət bildirmək
filmi çəkənlər, müasir dövr üzrə ixtisaslaşan tarixçilər, incəsənət
adamlarının işidir. Bununla belə, filmin televiziya ekranında
yayımlandığını nəzərə alaraq Milli Televiziya və Radio Şurası
olaraq biz də ona qanun prizmasından baxmışıq".
T.Dadaşov bildirib ki, MTRŞ filmin 20 yanvar tarixində
yayımlanan bölümündə xeyli qanun pozuntuları aşkarlayıb: "Bunlar
əsasən qeyri-etik ifadələr, söyüşlərdir. Məsələn:
- Двигай капытами! (Tez ol, tez ol, yanıvı tərpət!)
- Давай блядь! (Tez ol, əclaf!).
- Ay oğraş!
- Ты педа, вставай блядь! (Ey peysər, nə oturmusan?)
- Oğraş, burnumu sındırdı... (bağırır, rusca deyərək)
- Мать твое, вставай блядь! (Sənin ananı, qalx ayağa!)
- Кто cтрелял, кто? Ты блядь? (Kim atdı? Hansı it oğlu? )
- Не блядь, а голубка. (Fahişə yox, göyərçin)".
T.Dadaşovun sözlərinə görə, yanvarın 21-də saat 22.00-da efirə
gedən "Qanlı Yanvar" tammetrajlı filminin yayımı zamanı da qanun
pozuntularına yol verilib: "Filmdə aşağıdakı məzmunlu qeyri-etik
ifadələr işlədilib.
- İndi də qəhrəman zabit tankları görüb batırıb tumuşuna.
Silah paylayan qız deyir (saat 22.40): Götürün. Silaha münasibət
sevdiyiniz canaya toydan əvvəl olan münasibət kimi olmalıdır. Yəni
onu özünüzlə gəzdirirsiniz, amma toxunmursunuz. Götürdüyünüz kimi
gətirib anasına, yəni mənə təhvil verirsiniz. (yerdən narazılıq
səsləri yüksəlir)....Yaxşı, yaxşı, bir az əlləşdirə bilərsiniz.
(Gənclər gülüşürlər)".
Şöbə müdiri bildirib ki, bu hal "Televiziya və radio yayımı
haqqında" qanunun 32.0.9-cu (proqramlarda milli-mənəvi dəyərlərin
qorunmasına ardıcıl şəkildə əməl olunmalıdır) və "Uşaqların və
yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına
ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və
qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar"ın 3.7-ci
maddəsinə (ədəbsiz ifadələrdən, sözlərdən və ya jestlərdən istifadə
edilən səhnələrin yayımlanması) ziddir.
T.Dadaşov qeyd edib ki, bu cür qeyri-etik ifadələrin istifadə
edildiyi filmlər, ümumilikdə efir materialları saat 23.00-07.00
arası göstərilə bilər.