Yuxarı

Kim deyir ki, Bakı Qarabağa görə rusyönlü olacaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kim deyir ki, Bakı Qarabağa görə rusyönlü olacaq?

Kim deyir ki, Azərbaycan həmişə rusiyayönlü olacaq və Qarabağa görə Moskvaya sadiq qalacaq? Bakı sadəcə olaraq hesab edir ki, Moskva, nəhayət, düzgün mövqe tutub.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin MDBMİ İnstitutunun Beynəlxalq Tədqiqatlar İnstitutunun Avro-Atlantika Təhlükəsizliyi Mərkəzinin aparıcı elmi işçisi Sergey Markedonov erməni mediasına (“Güc faktoru” proqramına) açıqlamasında deyib.

“Ermənistanla bağlı sual da yaranır: Fransa silahları Qarabağın qaytarılmasına kömək edəcəkmi və yaxud Qərb hansısa təminat verə bilərmi? Qərb göstərdi ki, seçim etməyə o qədər də hazır deyil və bu seçimi də etməyəcək”, - o bildirib.

Onun sözlərinə görə, Moskvanın Qərblə münaqişəyə görə daha çox Türkiyə və Azərbaycana üz tutacağı, Qərbin də bu səbəbdən həmişə Ermənistanın yanında olacağına ümid artıq yoxdur:

“Yəqin ki, Rusiya-Ermənistan münasibətləri əvvəlki kimi olmayacaq, yəqin ki, o səviyyədə şişirdilmiş gözləntilər olmayacaq, sovet ətaləti də olmayacaq. Bu münasibətlər daha praqmatik olacaq, amma olacaq”.

Tarix
2023.12.19 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

TDT baş katibi Azərbaycana gəldi

İranın ciddi müqavimətinin arxasında kimlər dayanır?

Paşinyan sabah Moskvaya gedir - Putinlə sövdələşəcək!

Rusiya səfiri Azərbaycana təşəkkür etdi

Belçika Azərbaycana təşəkkür etdi

Səyyad Aranın qalmaqallı sözlərinə deputatlardan reaksiya

Bakıda rekord yağışların səbəbi müharibədir? - Şok açıqlama

29 il öncə Heydər Əliyev Ağ Evin xatirə kitabına nə yazmışdı?

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla