Yuxarı

Fransız siyasətçilər xəcalət çəkməlidir - İcma

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransız siyasətçilər xəcalət çəkməlidir - İcma

Fransanın Evian şəhərində Xurşidbanu Natəvanın abidəsinin yerləşdiyi park ətrafında yaranmış vəziyyət fransız cəmiyyətini çulğalayan azərbaycanofobiyanın artıq absurd səviyyəyə çatdığını göstərir.

Axar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

"Qərbi Azərbaycan İcması bu vandalizm əməlini, mədəni irsin dağıdılmasını, islamofob hərəkəti kəskin şəkildə pisləyir və UNESKO-nu məsələyə dərhal reaksiya verməyə çağırır.

İşğal dönəmində Natəvanın məzarı dağıdılmışdı. Bu gün Fransada Natəvanın abidəsinin sökülməsi təhlükəsi erməni və fransız cəmiyyətinin hansı “ortaq dəyərlər”ə malik olmasını nümayiş etdirir. Azərbaycanı Qarabağda guya “erməni irsini dağıtmaq”da ittiham edən irqçi fransız siyasətçilər, deputatlar, merlər, jurnalistlər xəcalət hissi keçirməlidir.

Lakin irqçilik mərəzindən qurtula bilməyən Fransanın nə etməsindən asılı olmayaraq, bu gün xan qızı Natəvanın ruhu şaddır. Şuşa da, Xankəndi də, onun dəfn edildiyi Ağdam da, bütün Qarabağ azaddır", - bəyanatda vurğulanıb.

Tarix
2023.12.23 / 09:56
Müəllif
Axar.az
Digər xəbərlər

NATO-nun xüsusi nümayəndəsi Bakıya gələcək

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla