Yuxarı

ABŞ ordumuzun strateji yüksəkliyi tutmasından danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ ordumuzun strateji yüksəkliyi tutmasından danışdı

ABŞ özəl kəşfiyyat araşdırmaları mərkəzi "Ştratfor" Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonu istiqamətində strateji əhəmiyyətli "Odundağ" yüksəkliyində nəzarəti əldə etməsindən yazıb.

ANS-in məlumatına görə, "Ştratfor" yazır ki, bu ilin yanvar ayında Azərbaycan Ordusu Tavuş vilayətinin şimal hissəsində manevr edərək Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən "Odundağ" yüksəkliyini ələ keçirdi.

"Sərhədin bu hissəsində relyef mürəkkəbdir, minalar ərazini daha da təhlükəli edir. "Odundağ" yüksəkliyində nəzarətin təmin edilməsi münaqişənin birbaşa komponenti olmadığına görə, monitorinq missiyası buna az hallarda diqqət yetirir", - "Ştratfor" bildirir.

ABŞ özəl kəşfiyyat araşdırmaları mərkəzi strateji əhəmiyyətli yüksəkliyin Azərbaycan Ordusu tərəfindən ələ keçirilməsi faktını təsdiqlədiyini bəyan edib:

"Bu yüksəklik bölgəni nəzarət altında saxlamaq üçün çox vacibdir. Ən əsası, post Ermənistanın H26/M1 magistralına nəzarət imkanı verir".

Yanvarın 25-də Azərbaycan Müdafiə Nazirliyi yüksəkliklərdən birinin Azərbaycan ordusu tərəfindən nəzarətə götürülməsi barədə məlumatı təsdiqləyib.

MN bildirir ki, bəzi elektron kütləvi informasiya vasitələrində Ermənistandakı mənbələrə istinadən Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən "Odundağ" yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsi və ətraf erməni ərazilərinin asanlıqla müşahidə edilməsi barədə məlumat yayılıb.

"Faktı təsdiq edərək bildiririk ki, həqiqətən, həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib", - deyə MN-in məlumatında qeyd olunur.

Tarix
2016.02.08 / 22:11
Müəllif
Axar.az
Digər xəbərlər

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla