Yuxarı

Fransa mətbuatı Qarabağ həqiqətlərindən yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransa mətbuatı Qarabağ həqiqətlərindən yazdı

Fransanın "24heuresactu.com" portalında Azərbaycan haqqında məqalə yayılıb.

AzərTac xəbər verir ki, məqalədə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda gedən proseslər barədə məlumat verilir. Avropa Şurası da daxil olmaqla, bir çox beynəlxalq təşkilatların üzvü olan Azərbaycanda ölüm hökmünün ləğv edildiyi, internetin hamı üçün tam azad olduğu diqqətə çatdırılır. Müəllif Azərbaycanın Cənubi Qafqaz regionunda Fransanın ilk iqtisadi tərəfdaşı olduğunu bildirir.

Azərbaycanda demokratiyanın sürətlə inkişaf etdiyinin vurğulandığı məqalədə qeyd edilir ki, bu ölkədə qadınlar dövlət idarəçiliyində, parlamentdə geniş təmsil olunurlar. Dünyada ilk dünyəvi müsəlman dövlətlərindən biri olan Azərbaycanda qadınlara seçki hüququ hətta Fransadan da əvvəl, 1918-ci ildə verilib.

Müəllif ölkəmizdəki multikulturalizm ənənələrindən bəhs edərkən bildirir ki, Azərbaycan öz ərazisində müxtəlif dinlər arasında birgə fəaliyyəti və birgəyaşayışı daim təşviq edir.

Məqalədə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açılır, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti apardığı bildirilir. Müəllif əlavə edir ki, bu, beynəlxalq ictimaiyyətin münaqişənin həlli ilə bağlı mövqeyinə tamamilə ziddir. Münaqişə nəticəsində bir milyondan atıq azərbaycanlı öz ata-baba torpaqlarından didərgin salınıb.

Tarix
2016.02.09 / 21:19
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla