Yuxarı

MTRŞ: "ANS-lə bağlı qərarlar qüvvədədir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
MTRŞ: "ANS-lə bağlı qərarlar qüvvədədir"

Milli Televiziya və Radio Şurası (MTRŞ) 26 fakt üzrə ANS ÇM-lə bağlı qəbul etdiyi qərarlara yenidən baxıb.

MTRŞ-in Aparat rəhbəri Toğrul Məmmədov APA-ya açıqlamasında deyib ki, Səbail Rayon Məhkəməsindən MTRŞ-ə qaytarılan işlə bağlı qərar qəbul edilib.

O bildirib ki, Şura sədri Nuşirəvan Məhərrəmli tərəfindən inzibati xətalara dair işə baxılıb və müvafiq cərimə tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı qərarlar qəbul olunub: "Yəni əvvəlki qərarlar qüvvədə saxlanılıb".

Aparat rəhbərinin sözlərinə görə, Səbail Rayon Məhkəməsi prossesual qaydaya müvafiq olaraq belə hesab edib ki, MTRŞ kollegial orqan kimi bu işə baxa bilməz: "Məhkəmə belə əsas gətirmişdi ki, işə Şura sədri tək başına baxmalıdır. Faktla bağlı mübahisə yox idi. Əsas irad bu idi. Buna uyğun olaraq da köhnə qərar ləğv edilib. Şura sədri tərəfindən tək başına işə baxılıb və cərimələr olduğu kimi qüvvədə saxlanılıb. Qeyd edim ki, Şura Televiziya və Radio yayımı haqqında Qanuna və əsasnaməyə əsaslanaraq qərar qəbul etmişdi".

T. Məmmədov qeyd edib ki, oktyabrda qəbul edilən qərarlar da Apellyasiya Məhkəməsindən Səbail Rayon Məhkəməsinə qaytarılıb: "Hələlik həmin işə baxılmayıb".

Qeyd edək ki, Səbail Rayon Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin MTRŞ-a şikayətlərinə baxılıb. Məhkəmə şikayətlər üzrə qərar qəbul edib. Məhkəmənin gəldiyi nəticə bundan ibarət olub ki, MTRŞ verdiyi qərarlara yenidən baxmalıdır. MTRŞ "ANS ÇM" radiosunun inzibati qaydada məsuliyyətə cəlb olunması, yəni cərimə olunması barədə 26 qərar qəbul edib. Həmin qərarlardan şirkət tərəfindən şikayət verilərək onların ləğv edilməsi istənilib.

Onu da qeyd edək ki, "ANS ÇM" radiosunun yayımı zamanı "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun və "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar ötən ilin dekabrında MTRŞ ANS Müstəqil Yayım və Media Şirkətini 26 qərar üzrə ümumilikdə 161 000 manat məbləğində cərimə edib.

Tarix
2016.02.09 / 22:37
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıya kimlər gəldi və gələcək? - Siyahı

Prezident onlara müraciət ünvanladı

İran və Türkiyədən Azərbaycana trol hücumları...

Hindistanın XİN rəhbəri Azərbaycana gəldi

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla