Yuxarı

Zəngəzur marşrutu: Rusiya hər yolla... - Stankeviç

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəngəzur marşrutu: Rusiya hər yolla... - Stankeviç

Sərhədin demarkasiyası mürəkkəb və uzun bir prosesdir. Və əslində Rusiyanın bu məsələdə birbaşa iştirakı vacib deyil.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Stankeviç deyib.

“Rusiyanın iştirakına ehtiyac yalnız bir halda yarana bilər. Bu, 1991-ci il Almatı Bəyannaməsinə aiddir və burada təbii ki, Rusiya da öz fikrini bildirdi və əsas moderator kimi çıxış etdi. Azərbaycan və Ermənistan hesab edirsə ki Rusiyanın iştirakı bu bəyannamə ilə bağlı materialların cəlb edilməsində faydalı olacaq, niyə də olmasın?! Düşünürəm ki, Rusiya XİN-i belə iştirakdan imtina etməyəcək. Lakin sərhəd məsələsi ikitərəfli olduğu üçün təşəbbüs müqavilə bağlayan tərəflərdən olmalıdır. Üçüncü tərəf kimi Rusiyanın necə iştirak edəcəyini müqavilə bağlayan iki tərəf müəyyənləşdirir.

Nəqliyyat kommunikasiyalarına gəlincə, Rusiya maraqlı tərəf kimi bir mühüm kommunikasiyada - Zəngəzur marşrutu adlanan layihədə maraqlıdır. Bu marşrut bir anda bir neçə ölkəyə - Rusiya, Azərbaycan və Ermənistan, o cümlədən İran, Türkiyə və eyni marşrut vasitəsilə Türkiyəyə və Avropaya çıxış əldə edən Orta Asiya ölkələrinə iqtisadi fayda gətirəcək. Ona görə də belə ciddi beynəlxalq layihənin həyata keçirilməsi üçün hər cür əsas var və Rusiya bu layihədə bütün mümkün yollarla iştirak etməyə hazırdır”, - o bildirib.

Tarix
2024.02.20 / 11:28
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

Bayramov Polşada mühüm konfransda iştirak etdi

Prezident bu ölkədəki səfirimizi geri çağırdı

Bayramov Polşada Radoslav Sikorski ilə görüşdü

Azərbaycan Venesuelaya başsağlığı verdi

Pezeşkianın Pakistandakı hərəkətinə gülənlərə... – Video

İlham Əliyev Nataşa Pirts Musarı təbrik etdi

Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla