Yuxarı

Biz Əhmədlə Şüvəlanı araşdırırıq, ermənilər Bakı sərgisi keçirir…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Biz Əhmədlə Şüvəlanı araşdırırıq, ermənilər Bakı sərgisi keçirir…

Azərbaycan ictimai fikrinin və mediasının tam-tamına bütün diqqəti Əhməd istintaq təcridxanasında özünü necə aparması və Şüvəlan məktəblisinin bullinqinə kökləndiyi məqamda ermənilərin Sankt-Peterburqda Bakı ilə bağlı sərgi təşkil etdiyi haqda məlumat yayılır.

Axar.az xəbər verir ki, sərgi “Bakının erməni tarixi-mədəni izi” adlanır.

Məlumatda bildirilir ki, sərginin məqsədi erməni neft istehsalçılarının, memarlarının, inşaatçılarının, idman və mədəniyyət xadimlərinin “uzun əsrlər boyu” Bakı şəhərinin inkişafında əvəzsiz töhfələrini göstərməkdir.

“Sərginin ziyarətçilərinə 1987-ci ildə Bakıdakı Müqəddəs Qriqori Erməni kilsəsində sonuncu Pasxa mərasiminə aid unikal videomateriallar, həmçinin 1930-cu illərdə dağıdılmış Müqəddəs Faddey və Varfolomey Katedralinin yenidən yaradılmış 3D modeli təqdim olunacaq", - deyə qeyd edilib.

Tədbiri Sankt-Peterburq Erməni Regional Gənclər Birliyi keçirir.

Erməni təbliğat maşını çalışır, Bakıda “yüzillərin erməni izini” dünyaya göstərirlər – halbuki Bakıya ermənilərin gəlişi ümumiyyətlə Çar Rusiyasının son dövrlərinə, Bakının neft şəhəri kimi məşhurlaşmasından sonraya təsadüf edir.

Yeri gəlmişkən, bullinqə uğrayan qızın anasını-atasını tapmamışıq, həmçinin qızın başında qırılan yumurtanın hansı mağazadan və neçəyə alınması kimi ən mühüm detalı araşdırmaqda gecikirik. Əhmədin səs-küyünün də tempi, diapozonu və dustaqlardan dəqiq neçəsini narahat etdiyini üzə çıxarmaqda çətinlik çəkirik - baxşəliyevlər və onların efirlərdəki layiqli davamçıları mütləq bu gizlinləri aşkar edər, inşallah.

Bir də səhv etmirəmsə, bu gün TV-lərdəki qazanlar ocaq üstündə qaldı…

Tarix
2024.02.20 / 15:53
Müəllif
Orxan Saffari
Digər xəbərlər

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

Bayramov Polşada mühüm konfransda iştirak etdi

Prezident bu ölkədəki səfirimizi geri çağırdı

Bayramov Polşada Radoslav Sikorski ilə görüşdü

Azərbaycan Venesuelaya başsağlığı verdi

Pezeşkianın Pakistandakı hərəkətinə gülənlərə... – Video

İlham Əliyev Nataşa Pirts Musarı təbrik etdi

Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla