Yuxarı

Avstriya: "Neftin qiyməti Azərbaycana təhlükə yaratmır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avstriya: "Neftin qiyməti Azərbaycana təhlükə yaratmır"

Avstriyanın gündəlik "Tiroler Tageszeitung" qəzetinin internet saytında Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimovla söhbət əsasında hazırlanmış məqalə verilib.

AzərTac xəbər verir ki, məqalənin müəllifi Martin Rixter qeyd edir ki, enerji sektorunun uzunmüddətli inkişafa malik olduğu Azərbaycan neftin qiymətinin kəskin düşməsini öz iqtisadiyyatı və dövlət büdcəsi üçün ciddi təhlükə hesab etmir.

Dünyada baş verən maliyyə böhranının Azərbaycandan da təsirsiz ötüşmədiyini deyən Araz Əzimov ölkəmizdə onun təsirinin minimuma endirildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin "Biz nefti unutmalıyıq" fikrini xatırladan nazir müavini hökumətin qarşısında iqtisadiyyatın digər sektorlarına diqqəti artırmaq, xüsusilə elmi-innovativ sahələri inkişaf etdirmək tapşırığının durduğunu qeyd edib. Vurğulanıb ki, regionlarda yerli resurslar əsasında ixracat üçün məhsullar istehsal edən sənaye zonalarının yaradılması, prioritet iqtisadi istiqamətlər üzrə sahibkarlara vergi güzəştlərinin tətbiqi və lazımsız nəzarət mexanizmlərinin ləğv edilməsi iqtisadi inkişafa təkan verəcək.

Məqalədə ölkədəki ictimai-siyasi vəziyyət, Azərbaycanın regiondakı siyasi proseslərə verdiyi qiymət və tutduğu mövqe barədə fikirlər də yer alıb.

Tarix
2016.02.15 / 20:58
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla