Yuxarı

Bu, özünəqəsddir: Bakı anklavlara görə hücum etsə…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:00

Ermənistanın siyasi addımları düşünülmüş strategiyadan daha çox, özünü qurban vermək aktına bənzəyir.

Axar.az xəbər verir ki, bu sözləri erməni siyasi şərhçi Vigen Akopyan Ukrayna Prezidenti Vladimir Zelenskinin İrəvana mümkün səfərini şərh edərkən yerli mediaya açıqlamasında deyib.

“Bu səfərin Ermənistana təhlükəsizlik baxımından fayda verəcəyi şübhə doğurur. Eyni zamanda, rusiyalı ekspertlərin qeyd etdiyi kimi, Moskva üçün bu, Ermənistanın rəqibə doğru istiqamətini dəyişməsini simvolizə edir”, - Vigen Akopyan bildirib.

O vurğulayıb ki, bu, Ukrayna məsələsinin Rusiyanın həm siyasi isteblişmenti, həm də cəmiyyəti üçün kifayət qədər həssas olduğunu nəzərə alsaq, xüsusilə aktualdır:

“Bu ona gətirib çıxara bilər ki, Azərbaycanla mümkün eskalasiya olarsa, Moskva İrəvanın bəyanatlarını (Moskvanın Ukraynadakı müttəfiqi olmadığı haqda) və Zelenskinin səfərini hətta rəsmi müttəfiqlik öhdəliklərini yerinə yetirməmək üçün qanuni əsas kimi nəzərdən keçirəcək”.

Siyasi şərhçi “yerdə” alternativ müttəfiqlərin olmaması və siyasi bəyannamələrin kifayət qədər ağırlığını nəzərə alaraq, Ermənistan üçün ciddi risklər barədə xəbərdarlıq edib:

“Ukraynanın özünə gəlincə, indiki vəziyyətdə o, Ermənistan üçün heç bir mühüm müttəfiq kimi çıxış edə bilməz - nə iqtisadi, nə də hərbi-siyasi baxımdan. Buna görə də Zelenskinin ehtimal edilən səfəri daha çox gizli təxribata bənzəyir”.

Akopyanın fikrincə, səfərin məqsədi həm də Azərbaycanla yeni eskalasiya və ya konflikt olarsa - məsələn, anklavlar və ya dəhliz məsələsi ilə bağlı - Rusiya üçün dilemma yaratmaq ola bilər. Rusiya bundan sonra aktiv müdaxilə və ya tam neytrallıq arasında seçim etməli olacaq.

Akopyan regionu “ikinci cəbhə”yə çevirə biləcək bu seçimin mürəkkəbliyinə işarə edib və Rusiyanın resurslarını “dağıtmağa” çalışan Qərbin Zelenskinin səfərini Moskvaya təzyiq vasitəsi kimi görə biləcəyini istisna etməyib.

O qeyd edib ki, 2020-ci ildəki qələbədən sonra Azərbaycan bir tərəfdən Moskva ilə dialoq imkanlarını genişləndirmək, digər tərəfdən isə Qərbə daha güclü təsir rıçaqlarına malik olmaqla Ermənistanla müqayisədə mövqelərini xeyli möhkəmləndirib:

“Azərbaycanın Fransa ilə münasibətləri praktiki maraqlara bağlıdır, Ermənistanla isə daha çox deklarativ xarakter daşıyır. Mən Fransanın Ermənistana və erməni xalqına qarşı dost münasibətini şübhə altına almıram, amma quru rəqəmlər var. Bir yerdə deyirlər, digər yerdə hərəkət edirlər”.

O vurğulayıb ki, Parisin İrəvana və erməni xalqına ünvanladığı dostluq bəyanatlarına baxmayaraq, Azərbaycanla real qarşılıqlı fəaliyyət və iqtisadi əlaqələr öz sözünü deyir:

“Zelenskinin səfərinin Ermənistanın suverenliyinin nümayişi olması ilə bağlı iddialar isə çox sadəlövh görünür. Əsl suverenlik simvolik jestlərlə deyil, iqtisadi inkişaf, gücləndirilmiş müdafiə, fəal diplomatiya və güclü ittifaqlar vasitəsilə qurulur. Daha çox hansısa fəalın özünü yandırması aktına bənzəyən bu cür hərəkətlərin isə dövlət praqmatizmi ilə heç bir əlaqəsi yoxdur. Xüsusilə də bunun arxasında heç bir hesablama olmadığı halda”.
Qeyd edək ki, Ukrayna lideri Vladimir Zelenskinin 4 martda İrəvana səfər edəcəyi haqda məlumat yayılıb. Ermənistan XİN xəbəri nə təsdiq, nə də təkzib edib.

Tarix
2024.02.27 / 12:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşdü

İsrailə zərbəyə ermənilərin reaksiyası İranı qəzəbləndirdi

İordaniya kralı COP29-a dəvət olundu

Zakir Həsənov İordaniya kralı ilə görüşdü

Ceyhun Bayramov Özbəkistana getdi

Rəsmi Bakıdan İranın hücumuna reaksiya

Azərbaycan bu ölkə ilə müdafiə sazişi imzaladı

İran rolunu yaxşı oynadı, İsrailin mövqeyini gücləndirdi

Fransa İsrailə görə İranı pislədi, İrəvanda isə birgədirlər

İranın hücumunda müəmma: "qisas", yoxsa "qisas oyunu"?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla