Yuxarı

Həbibbəylinin nadir əlyazmaya kobud davranışı... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həbibbəylinin nadir əlyazmaya kobud davranışı... - Video

AMEA-nın prezidenti İsa Həbibbəyli Vatikandan gələn nümayəndə heyətinə XIV əsrə aid nadir Nizami Gəncəvi əlyazmasını nümayiş etdirərkən onu kobud şəkildə vərəqləyib.

Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Bildirilib ki, akademikin bu hərəkəti qədim əlyazmaların qorunmasına xüsusi həssaslıqla yanaşan qonaqların narazılığına səbəb olub. Vatikan nümayəndələri əlyazmanın daha ehtiyatla və asta şəkildə vərəqlənməsinin vacibliyini akademikin diqqətinə çatdırıblar.

Məsələ ilə bağlı Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun mətbuat xidmətindən bildirilib ki, AMEA-nın prezidenti İsa Həbibbəylinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin əlyazmasına münasibəti haqqındakı məlumatlar reallığı əks etdirmir:

“Nizami Gəncəvinin AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əlyazmasının həm cildi və həm də hər bir vərəqi xüsusi qoruyucu salafanlarla mühafizə edildiyindən həmin vərəqlərin orijinal mətninə toxunmaq mümkün deyildir. Onu da qeyd edək ki, bu əlyazmanın orijinal nüsxəsinin elektron versiyası İnstitutun fondunda mühafizə olunur”.

Buna baxmayaraq, Əlyazmalar İnstitutu sözügedən əlyazma ilə qeyri-normal davranıldığını da bu cür etiraf edib:

“Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, Əlyazmalar İnstitutunda keçirilmiş görüşün vaxtı məhdud olduğuna görə əlyazmadakı miniatürü tapıb göstərmək üçün bir qədər tələsikliyə yol verilmişdir”.

Tarix
2026.06.27 / 17:25
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla