Yeniyetmə qətlə yetirildi: 14 və 15 yaşlı iki qardaş tutuldu
16:54
Ana səhifə Gündəm |
Biz NATO-dakı müttəfiqimiz, bölgədə güclü tərəfdaşımız olan Türkiyəni bu hücumlar fonunda dəstəkləyirik.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəhbəri Ned Prays söyləyib. Onun sözlərinə görə, ABŞ Ankara teraktını sərt şəkildə qınayır.
Qeyd edək ki, dünən Ankarada baş verən terakt nəticəsində 28 nəfər həyatını itirib. BMT Baş katibi Pan Gi Mun və NATO Baş katibi Yens Stoltenberq Türkiyənin yanında yer aldıqlarını bildiriblər. Azərbaycan Prezidenti İlham Əliyev isə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana məktubunda Ankaranı terrora qarşı apardığı mübarizədə dəstəklədiyini bəyan edib.
Ankara terroru ucbatından Ərdoğanın bu günə planlaşdırılan Bakı səfəri təxirə salınıb.
Tarix
2016.02.18 / 10:52
|
Müəllif
İlkin Həsənov
|