Yuxarı

MAXE olmaq istəyənlərin nəzərinə!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlahiddə Ümumqoşun Orduda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü (MAXE) daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər 15 yanvar 2025-ci il tarixdən 15 fevral 2025-ci il tarixədək Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzidə fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Əlahiddə Ümumqoşun Ordunun müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilir.

Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunur.

Namizədlər qəbul komissiyasına müraciət edərkən ilkin olaraq aşağıdakı sənədləri təqdim etməlidir:

- Təhsil haqqında sənəd

- Hərbi bilet

- Şəxsiyyət vəsiqəsi

Sənədlərin qəbulu həyata keçiriləcək ünvan: Naxçıvan Muxtar Respublikası Naxçıvan șəhəri, 1 nömrəli hərbi şəhərcik (Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzi).

Müraciət etmə vaxtı: Qeyd olunmuş tarixlərdə saat 09:00-dan 17:00-dək (șənbə və bazar günləri istisna olmaqla)

Qeyd:

1. Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.

2. "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nu müvəffəqiyyətlə bitirmiş şəxslərin təyinatı Əlahiddə Ümumqoşun Ordunun ehtiyaclarına uyğun vakant vəzifələrin komplektləşdirilməsi üzrə həyata keçiriləcək.

Tarix
2025.01.15 / 14:22
Müəllif
Axar.az
Digər xəbərlər

AZAL təyyarəsinin “qara qutu”ları ilə bağlı açıqlama

İlham Əliyev 4 fərman imzaladı

Rusiya təyyarəmizi vurur, İran təxribata davam edir, İrəvan isə...

Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik!

ABŞ-İrəvan sazişi Bakıya qarşı deyil: Hədəf bu ölkələrdir!

Sensasion plan: İran parçalanır, paytaxt köçürülür...

DTX-nin yaxaladığı şəxs 340 minə, görün, kimi öldürmək istəyib

Ermənistan Rusiyaya buna görə nota verdi - Video

ABŞ-İrəvan sazişi: Bu, İranla müharibəyə hazırlıqdır - Özər

ABŞ-Ermənistan strateji sazişi – Tam mətn

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla