Yuxarı

Baş nazirimizin 81 yaşı tamam oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın Baş naziri Artur Rasizadənin 81 yaşı tamam olur.

Baş nazir Artur Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olub.

Azərbaycanın baş naziri Artur Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olub. 1952-ci ildə Lənkəran şəhər 4 №-li orta məktəbi bitirib.

İş fəaliyyətinə 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ "AzİNMAŞ"-da mühəndis vəzifəsində başlayıb, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləyib.

1973-1975-ci illərdə "Azneftsənayemaş" birliyində baş mühəndis, 1975-1977-ci illərdə "İttifaqneftmaş" ЕİB rəisinin birinci müavini-baş mühəndis, 1977-1978-ci illərdə "AzİNMAŞ" Neft maşınqayırması ETİ-nin direktoru olub.

1978-1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1981-1986-ci illərdə Azərbaycan KP MK-də maşınqayırma şöbəsinin müdiri, 1986-1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti Sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası Baş nazirinin birinci müavini) vəzifələrində olub. 1992-1994-ci illərdə İqtisadi İslahatlar Fondunun məsləhətçisi, 1994-cü ildə "DEKA-B" şirkətində məsləhətçi, 1994-1996-cı illərdə İqtisadi Islahatlar Fondunda məsləhətçi vəzifəsində işləyib.

1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.

1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, 1996-2003-cü illərdə Baş Nazir, 2003-cü ilin avqust — noyabr aylarında Baş Nazirin birinci müavini vəzifələrində işləyib.

2003-cü ilin noyabr ayından yenidən Azərbaycan Respublikasının Baş naziridir.

Tarix
2016.02.26 / 12:26
Müəllif
Axar.az
Digər xəbərlər

Kremlin “izahatı” qəbul edilmədi, Bakı səfəri ləğv etdi...

Markovdan Yekaterinburqdakı hadisəyə reaksiya: Dəhşətdir

Aleksey Overçukun Azərbaycana səfəri ləğv edildi

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanlılara hücum: Bakıya lazımi məlumat verilib - XİN

Səbinə Əliyeva Rusiya Ombudsmanına məktub ünvanladı

Bizi Ukrayna müharibəsinə göndərmək istəyirdilər...

Azərbaycanlılara hücumun pərdəarxası: Kremlin planı nədir?

Məni bir otaqda, atamı isə o biri otaqda döyürdülər... - Video

Öldürülənlərin cənazəsi nə vaxt Azərbaycana yola salınacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla