Yuxarı

Fitrə necə, nə vaxt və nə qədər çıxarılır? - İlahiyyatçı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Ramazan bayramıdır və artıq bayramla bağlı ritualların icrasına hazırlıq gedir. Bununla bağlı ilahiyyatçı Vüqar Səmədovun Kult.az-a müsahibəsini təqdim edirik:

- Vüqar bəy, fitrə nədir?

- “Fitr” kəlməsi “orucu açmaq”, “orucu başa vurmaq” mənasına gəlir. Fitr sədəqəsi isə insanı Ramazan bayramına çatdıran, Ramazanı yaşadan və bu ayın bərəkətindən faydalandıran Allaha şükür niyyəti ilə verilən sədəqədir. Fitrə təmizlənmək üçündür.

- Fitrə nə vaxta qədər çıxarılmalıdır?

- Əgər bayram namazına qədər çıxardılıb verilirsə, fitrə olur. Verilmirsə, sədəqə hesab olunur. Yəni bu gün axşam saatlarına qədər çıxarılmalıdır. Çünki sabah tezdən bayram namazı qılınacaq.

- Bayram namazı nə vaxt qılınacaq?

- Qafqaz Müsəlmanları İdarəsinin qərarına əsasən, 10 apreldə, bayramın ilk günündə Əjdərbəy məscidində 08:00-də, Təzəpir məscidində 09:00-da qılınacaq.

- Bəs fitrənin miqdarı necə hesablanır?

- Miqdarın ümumən hesablanması peyğəmbərin hədisinə görədir. Belə deyək, olduğun bölgədə istehlak olunan qida maddələrinə görədir. Ərəbistan üçün zamanında bu buğda, arpa, quru üzüm, un və xurmadan verilirdi. Miqdarı da hərəsindən 4 ovuc. Bunu da alimlər hesablayıblar ki, təxminən 3 kilodur. Kilosunu 2 manatdan götürsək 6 manat edir. Yəni, bir adam üçün undan hesablasaq belə edir. Xurmadan hesablasaq çeşidlərə görə qiymət dəyişir. Bir nəfər üçün vəziyyətə görə nə qədər istəsən verə bilirsən. Bu, imkanla bağlı məsələdir. Üstəlik, bunların qarşılığını da vermək olar. O vaxt makaron yox idi, indi makarondan, qarabaşaqdan, bulqurdan da hesablanıb qiymətindən vermək olar. Kim istəsə qida maddəsi ilə verə bilər, kim istəsə də pulu ilə. Qafqaz Müsəlmanları İdarəsi adambaşına minimum 10 manat fitrə tövsiyə edib. Məncə, uyğun rəqəmdir.

- Belə bir iddia da var ki, bayram axşamı evə qonaq gələrsə, onun fitrəsi də ev sahibinin üzərinə düşür…

- Xeyr, qonağın fitrəsi özünə aiddir. Əgər ev sahibi istəyirsə, qonağın da əvəzinə fitrə verə bilər. Amma belə bir məcburiyyət yoxdur.

- Fitrə ailə üzvlərinə görə çıxarılır. Əgər ailə üzvlərindən biri uzaqdadırsa, onda necə olur? Məsələn, ailə bölgələrimizdən birində, ailənin bir övladı Bakıda təhsil alırsa və yaxud ailənin bir üzvü səfərdədirsə?

- Ailə başçısı verə bilər. Verərsə, üzərindən götürülər. Yaxud, uzaqda olan şəxs özü də verə bilər. Hətta belə bir şey də var ki, məsələn, bayram namazına qədər övladın dünyaya gələrsə, onun da fitrəsi hesablanıb verilir. Sonra doğulsa, istəsən verərsən, istəsən yox.

Tarix
2024.04.09 / 10:32
Müəllif
Orxan Saffari
Digər xəbərlər

Mehriban Əliyeva Daşaltıdan bu fotonu paylaşdı

İlham Əliyevdən Heydər Əliyevlə bağlı paylaşım - Foto

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Hind şirkətləri Azərbaycana tur paketlərin satışını dayandırır

Moskvada paradda bu ölkələrin hərbçiləri iştirak etdi - Siyahı

İlk dəfə: Heydər Əliyev haqda məşhur film farsca – Video

Əliyev Moskvaya getmədi - Saakaşvili nələr yazdı?..

Rus və alman siyasətçilər Bakıda gizli görüş keçirdi

İlham Əliyev Xocalıda... - Foto

Putin azərbaycanlı polkovniklə salamlaşdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla