Yuxarı

Rusiya üçün geriyə dönüş başladı – Çöküş anı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya üçün geriyə dönüş başladı – Çöküş anı

Moskva vədinə sonunadək əməl edərsə, bu, Suriyada vətəndaş müharibəsinin dayandırılması üçün böyük bir addım ola bilər.

Bu barədə Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli danışıb. Rusiyanın Suriyadan çıxma məsələsini şərh edən sabiq dövlət müşaviri Moskvanın artıq öz taleyini fikirləşməyə başladığını deyib:

"Səudiyyə 20-dən artıq dövlətin daxil olduğu İslam Ordusu adlı çox güclü bir ordu yaradıb. Hətta Pakistanın simasında nüvə silahına malik olan hissələr də döyüşə hazır vəziyyətdədir. Ona görə də Rusiya artıq öz taleyini fikirləşir. Çünki Suriyada Rusiyanı çox acınacaqlı bir vəziyyət gözləyir. Ancaq bir məsələ var ki, Tartus limanında Rusiyanın hərbi hava donanması, desant qoşunları hələ də qalmaqdadır. Bu o deməkdir ki, İslam Ordusunun Suriyaya qoşun yeritməsi qüvvədədir. Səudiyyə və ABŞ bununla bağlı Moskvaya ciddi xəbərdarlıq edib. Rusiya yəqin ki, heç olmasa bir hərbi bazasının Suriyada qalmasına istəməklə yavaş-yavaş qoşunlarını bu bölgədən çıxaracaq. Görünür, İslam Ordusu Rusiya üçün nüvə silahından daha qorxulu bir amildir. Rusiya müsəlman dünyasını hərəkətə gətirdi və bu çox tez bir zamanda Rusiyanın içərilərinə doğru sıçraya bilər. Rusiya əhalisinin böyük bir hissəsi müsəlmandır. Bu, Rusiyanın parçalanmasının, vəziyyətinin ölçüyəgəlməz dərəcədə ağırlaşmasının başlanğıcı ola bilər. Çox güman ki, islam amilini zərərsizləşdirmək üçün hərəkətə keçən Moskva Səudiyyəyə öz adamlarını göndərəcək, Pakistanla danışıqlara başlayacaq".

Politoloqun sözlərinə görə, son zamanlar Türkiyə ilə hiss olunan yumşalma fonunda Rusiya formalaşmaqda olan yeni situasiyanın nə qədər ağır ola biləcəyini proqnozlaşdıra bilib:

"Düzdür, Ankara terrorunda Rusiyanın PKK-ya yardımının da mühüm rol oynadığı qeyd edilir. Ancaq bütün bunlara baxmayaraq, həm təyyarə olayından sonra başlayan proseslər, həm də hazırda rüsvayçı şəkildə qoşunlarını Suriyadan geri çəkməyə məcbur olması Rusiyada başlanan geri dönüşün açıq təzahürüdür".

Q.Hüseynli hesab edir ki, Rusiyanın böyük SSRİ ideyaları artıq keçmişə qovuşur:

"Suriyadan geri çəkilən Rusiyanın Ukrayna ilə prosesləri yenidən başlaması, əslində, o qədər də ağlabatan deyil. Çünki Ukrayna artıq möhkəmlənib və Rusiyaya müqavimət göstərə biləcək gücdədir. Qərb Ukraynanın arxasında möhkəm dayanıb. O ki qaldı Rusiyanın Qafqazda fəaliyyətini genişləndirməsinə, bu, sadəcə, bir ehtimal olaraq qalır. Kreml Suriyadan sonra Baltikyanı respublikaları təhdid edə bilər. Ancaq Rusiyanın şantaj və təhdid dövrü, böyük SSRİ ideyaları artıq keçmişə qovuşur".

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ötən gün Müdafiə naziri Sergey Şoyquya rus qoşunlarının mərhələli şəkildə Suriyadan çıxarılması ilə bağlı əmr verib.

Tarix
2016.03.16 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla