Yuxarı

ABŞ-ın “çətin kompromis” mesajı: Bakıdan 3 güzəşt istənilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sülh sazişi üzrə təşəbbüsü ələ almaq istəyən ABŞ-ın xarici siyasət idarəsinin sözçüsü Metyu Millerin iyulun 15-də verdiyi açıqlama düşündürücüdür. Miller Bakı və İrəvan arasında sülh danışıqları üzrə irəliləyiş əldə edildiyini deyir. Əlavə edir ki, “sülh razılaşmasında hər iki tərəfdən mürəkkəb seçimlər və çətin kompromislər tələb olunacaq”.

Vaşinqtonun “çətin kompromisləri” nədən ibarətdir, Bakıdan nə istəyə bilərlər?

Birincisi, Qərb masasında “Qarabağ erməniləri”nin geri qayıtması məsələsi gündəmdən salınmır: bunun praktiki mümkünlüyü uzaq perspektivdə belə görünmür, digər tərəfdən, Bakı ermənilərin Azərbaycan vətəndaşlığında yaşamasına qarşı deyil və buna qarşı Qərbi Azərbaycana qayıdışı irəli sürür; bu məsələ daha çox masada Ermənistanın əlini gücləndirmək məqsədilə Azərbaycana siyasi təzyiq xarakteri daşıyır, lakin effektsiz gedişdir;

İkincisi, Bakıdan sərhədin hansı prinsiplərlə delimitasiya ediləcəyi bəndinin sülh sazişinə daxil edilməsini istəyə və bu bəndi İrəvanın “Almatı Bəyannaməsi – SSRİ dağılanda mövcud xətlərin əsas götürülməsi” istəyinə uyğunlaşdırmağa çalışa bilərlər, bununla qoşunların sərhəddən geri çəkilməsi məsələsi aktuallaşacaq: Azərbaycanın açıq mövqeyi var – uzunmüddətli proses olan delimitasiya sülh sazişindən sonraya saxlanılır və qoşunların geri çəkilməsi müzakirə olunmur;

Üçüncüsü, Azərbaycandan “Naxçıvana maneəsiz keçid” istəyindən imtina etməyi və kommunikasiyanın Ermənistanın istəyinə uyğun açılmasına razı olmağı istəyə bilərlər: Vaşinqtonun Orta dəhliz üzərindəki layihəsində bu məqamlar yer alır, lakin Bakının buna razılaşmayacağı aydındır və bu halda ABŞ-ın planı da kağız üzərində qalacaq;

Bakıdan “çətin kompromis” kimi bunları istəyə bilərlər. Ki, bunun heç biri baş tutan deyil və mövcud vəziyyətdə Azərbaycana hansısa məsələdə güzəştə getməsi üçün diktə etmək də mümkün deyil.

“Çətin kompromislər” daha çox Ermənistan üçün keçərli görünür:

- Kommunikasiyanın açılmasında “Naxçıvana maneəsiz keçidin” verilməsi;

- Konstitusiya və digər hüquqi-aktlarda Azərbaycana qarşı iddiaların aradan qaldırılması və s;

Vaşinqton Avrasiyadakı gələcək planları üçün Azərbaycanın mövqeyini nəzərə almalıdır. Lakin tərəflərin Vaşinqton masasında sülh sazişinə dair konkret nəticələr əldə edəcəyi, ümumiyyətlə ABŞ-ın mövcud administrasiyasının buna nail olacağı ehtimalı az görünür.

Tarix
2024.07.17 / 09:56
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Trampın yeni planı: Nə Bakıya, nə də İrəvana sərf edir

ABŞ-ın Azərbaycanda yeni müvəqqəti işlər vəkili təyin olundu

Rusiya Baş Prokurorluğundan Azərbaycan açıqlaması

İngilis səfirdən Yekaterinburq hadisələrinə reaksiya

Tatar Şuşada Bayramov və Hacıyevlə görüşdü

Şahbaz Şərif Füzuliyə gəldi

Prezidentlər Xankəndidə tikiş fabrikində...

Mirziyayevin dövlət səfəri böyük əhəmiyyət kəsb edir

Əfqanıstanın baş nazirinin müavini Füzulidə

Japarov Moskvadan birbaşa Xankəndiyə gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla