Yuxarı

Argentina qələbə çaldı - iştişaşlar və talanlar oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Argentina qələbə çaldı - iştişaşlar və talanlar oldu

Argentina millisinin DÇ-2026-nın 1/8 finalında Misiri 3-2 hesabı ilə məğlub etməsindən sonra ölkənin Kordova şəhərində kütləvi iğtişaşlar yaşanıb.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, hadisələr ticarət mərkəzinin yaxınlığında başlayıb. Kordova əyalətinin polisi baş verən iğtişaşlarla əlaqədar 42 nəfərin saxlanıldığını açıqlayıb.

Bundan sonra şəhərdə zərgərlik mağazası talan edilib. Naməlum şəxslər mağazanın şüşə qapısını daş və fişənglərlə sındıraraq içəri daxil olub, vitrindəki zinət əşyalarını oğurlayıblar. Məlumata görə, həmin vaxt polis qüvvələrinin əsas hissəsi ticarət mərkəzinin yaxınlığındakı hadisəyə cəlb olunduğu üçün qarətçilər demək olar ki, maneəsiz hərəkət ediblər.

Qarətlə bağlı 16, 20 və 22 yaşlı 3 nəfər saxlanılıb. Hadisələr zamanı bir polis əməkdaşının xəsarət aldığı da bildirilib.

Qeyd edək ki, Argentina millisi Misirlə görüşdə 0-2 hesabı ilə geridə olsa da, matçın sonlarında vurduğu üç qolla 3-2 hesablı əzmkar qələbə qazanaraq 1/4 finala yüksəlib. Lionel Skaloni rəhbərlik etdiyi komanda növbəti mərhələdə İsveçrə ilə qarşılaşacaq.

Tarix
2026.07.08 / 18:49
Müəllif
Axar.az
Digər xəbərlər

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

İranla danışıqlar çıxılmaz vəziyyətdədir - Əbdülfati

Şövkət Mirziyayev Mehriban Əliyevanı təbrik etdi

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla