Yuxarı

Xalq artistinin hadisəsində diqqətdən qaçan detal - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq artistinin hadisəsində diqqətdən qaçan detal - Video

Xalq artisti Ağadadaş Ağayevin gözətçi ilə aralarında baş verən mübahisəsində yeni detal nəzərə çarpıb.

Axar.az xəbər verir ki, görüntülərə əsasən, gözətçinin Ağadadaş Ağayevi baltanın sapı ilə yox, elə öz cibindən düşən maşın açarı ilə vurduğu məlum olub.

Belə ki, Ağadadaş Ağayev baltanı atdıqdan sonra gözətçi əvvəlcə xalq artistinə yumruq hücumu edir. Əlbəyaxa dava zamanı isə gözətçinin üzərindən maşın açarı yerə düşür. Gözətçi açarı götürərək, ondan uzaqlaşan sənətçinin üzərinə bu dəfə soyuq silahla gedir və ona zərbələr endirir.

Ağadadaş Ağayevin iyulun 29-u yaydığı üzr videosunda da onun üz-gözünün şişdiyi, gözündə qaraltılar olduğu diqqətdən qaçmayıb.

Qeyd edək ki, bundan əvvəl yayılan xəbərlərdə xalq artistinin baltanı atdıqdan sonra sapın tiyədən ayrıldığı, gözətçinin həmin sapı götürərək, Ağadadaş Ağayevə doğru gəldiyi və ona zərbələr endirdiyi bildirilirdi.

Tarix
2024.07.30 / 10:37
Müəllif
Aytac Araz
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla