Yuxarı

Bakinskinin Prezidentlə görüş fotosu köhnədir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakinskinin Prezidentlə görüş fotosu köhnədir

Sosial şəbəkələrdə və bəzi media orqanlarında dünən həbs olunan tanınmış kriminal avtoritet, milyonçu Oleq Krapivinin (Oleq Bakinski) Prezident İlham Əliyevlə fotosu paylaşılır. Paylaşımlardan belə anlaşılır ki, həmin foto Oleq Bakinski “Tərəqqi" medalı ilə təltif olunarkən çəkilib.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, sözügedən foto 2016-cı ildə Prezidentin bir sıra veteran idmançılarla görüşü zamanı çəkilib.

Məlum olduğu kimi, Oleq Krapivin sərbəst güləş üzrə Azərbaycanın və SSRİ-nin əməkdar məşqçisi, əməkdar idman ustasıdır. O, 14 dəfə Azərbaycan çempionu, veteranlar arasında dünya çempionu, dəfələrlə beynəlxalq turnirlərin qalibi olub.

Oleq Krapivin “Tərəqqi" medalı ümumiyyətlə almayıb. O, 22 aprel 2022-ci ildə, Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayında “Dostluq” ordeni ilə təltif olunub. Həmin vaxt Prezident şəxsən heç kimi təltif etməyib.

Qeyd edək ki, Oleq Bakinskinin konkret hansı əməlinə görə həbs edilməsi hələlik açıqlanmır. Dünən DİN-in Mətbuat Xidmətidən bildirilib ki, “Oleq Bakinski” törətdiyi cinayət əməlinə görə həbs edilib, barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları tərəfindən cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tarix
2024.08.03 / 14:00
Müəllif
Axar.az
Digər xəbərlər

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

Azərbaycanda bunları edənlər 7 min cərimələnəcək

Prezident təsdiqlədi: Yol polisi artıq bunu edə bilməyəcək

Ermənilər Köçəryana inandılar və Qarabağı tərk etdilər!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla