Yuxarı

ABŞ mediası Kerri-Əliyev görüşündən yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ mediası Kerri-Əliyev görüşündən yazdı

Birləşmiş Ştatların "Foreyn Polisi Nyus" xəbər portalında "Con Kerri Azərbaycanın regionda strateji rolunu yüksək qiymətləndirib" sərlövhəli məqalə yerləşdirilib.

Azərtac xəbər verir ki, materialda Azərbaycan Prezidenti İlham Əliyevin bu il martın 30-da Vaşinqtonda ABŞ dövlət katibi Con Kerri ilə görüşündən bəhs edilir. Portal yazır ki, görüşdə Con Kerri 2019-cu ildən başlayaraq Avropaya hər il 16 milyard kubmetr Azərbaycan qazı nəql edəcək Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində Azərbaycanın səylərinə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Con Kerri Azərbaycanın regionda ticarət mərkəzinə çevrilməsi istiqamətində gördüyü işləri də müzakirə edib və rəsmi Bakının NATO-nun Əfqanıstandakı missiyasına töhfəsinə, sülhyaratma əməliyyatlarında iştirakına, habelə terrorizmə qarşı qlobal mübarizədə birgə səylərinə görə təşəkkürünü bildirib.

Məqalədə daha sonra deyilir ki, dövlət katibi Con Kerri və Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini də müzakirə ediblər. 1988-ci ildən 1994-cü ilə qədər davam edən müharibə Azərbaycan ərazisinin beşdə bir hissəsinin işğalı ilə nəticələnib və Azərbaycanda qaçqın-köçkün böhranı yaradıb. ABŞ dövlət katibi Azərbaycan Prezidenti İlham Əliyev ilə söhbətində Azərbaycanın ərazi bütövlüyünün ABŞ tərəfindən dəstəkləndiyini təsdiqləyib və qoşunların təmas xəttində, habelə Ermənistan-Azərbaycan sərhədində zorakılıqla əlaqədar narahatlıq keçirdiyini bildirib. C.Kerri deyib ki, Vaşinqton bu münaqişənin beynəlxalq hüquq, BMT-nin Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında hərtərəfli tənzimlənməsinə nail olmaq üçün Ermənistanla və Azərbaycanla davamlı müzakirələr aparılmasının tərəfdarıdır.

Prezident İlham Əliyev regional enerji layihələrinin, o cümlədən Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində Azərbaycanın ABŞ hökuməti tərəfindən dəstəklənməsinə görə dövlət katibi Con Kerriyə təşəkkürünü bildirib və Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üçün Birləşmiş Ştatların vasitəçilik səylərini yüksək qiymətləndirib. Azərbaycan Prezidenti qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirməlidir.

Tarix
2016.04.01 / 12:33
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla