Yuxarı

Cəbhədəki təxribat dünya mediasında

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəbhədəki təxribat dünya mediasında

Ermənistan tərəfinin təxribatı nəticəsində cəbhə xəttində yaranan gərginlik dünya mediasının diqqətindədir. Dünya mediası Azərbaycan ərazilərinin işğalına dair reallıqları əks etdirən xəbərlər yayır.

AzərTac xəbər verir ki, nüfuzlu Assoşeyted Press beynəlxalq informasiya agentliyi cəbhədəki son vəziyyətlə bağlı yaydığı xəbərdə "Dağlıq Qarabağ separatçı regionu", "Ermənistan ordusu Dağlıq Qarabağı və ətraf rayonları işğal edib", "Azərbaycan regionu olan Dağlıq Qarabağ 1994-cü ildən etnik erməni və Ermənistan hərbi birləşmələrinin nəzarətindədir" kimi şərhlər yer alıb. Məlumatda əksini tapan faktlardan təxribatın məhz Ermənistan tərəfindən törədilməsi açıq-aydın görünür. Xəbərdə bildirilir ki, Ermənistan tərəfinin 100-dən çox əsgəri öldürülüb və yaralanıb, 6 tankı və 15 artilleriya qurğusu məhv edilib. Agentlik vurğulayır ki, Azərbaycan tərəfi itkilərini açıqlasa da, Ermənistan tərəfi bu barədə rəsmi məlumat yaymır.

Həmin xəbər Assoşeyted Press-ə istinadla ABC Nyus, Washington Tayms, Vaşinqton Post, NBC, Foks 13, Nyu York Tayms, Döyç Velle kimi məşhur informasiya mənbələrində və bir çox ölkələrə məxsus saytlarda yerləşdirilib.

Tarix
2016.04.02 / 21:35
Müəllif
Axar.az
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla