Yuxarı

Estoniya nəşri Azərbaycanın qərarından yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Estoniya nəşri Azərbaycanın qərarından yazdı

Estoniyanın "postimees.ee" portalı yazır ki, Azərbaycan Qarabağın şimalında atəşi birtərəfli qaydada dayandırdığını elan edib.

Portal Azərbaycan Müdafiə Nazirliyinin bəyanatına istinadla xəbər verir ki, Azərbaycan sülhsevərliyi və beynəlxalq təşkilatların təkidli müraciətlərini əsas götürərək, cavab əks-həmlə əməliyyatlarını birtərəfli qaydada dayandırır. Bununla belə, Azərbaycan Ermənistan tərəfinin atəşkəsi dəstəkləməyəcəyi təqdirdə hərbi əməliyyatlara yenidən başlayacağını vəd edir.

Nəşr yazır: Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, ölkənin Silahlı Qüvvələrinin təmas xəttində hərbi əməliyyatı böyük qələbədir.

Azərbaycan Prezidenti bunu respublika Təhlükəsizlik Şurasının AzTV dövlət telekanalı ilə yayımlanan iclasında bəyan edib.

Prezident İlham Əliyevin sözlərinə görə, Ermənistan sülh istəmir. Prezident deyib ki, Ermənistan zəbt olunmuş əraziləri azad etmək istəmir və bütün səylərini status-kvonu sonu olmayan prosesə çevrilməyə yönəldir.

Azərbaycan Prezidentininm sözlərinə görə, danışıqlar prosesinin davam etdiyi 20 il ərzində Ermənistan həlledici məqamda həmişə provokasiyalara əl atıb.

İlham Əliyev Nazirlər Kabinetinə Dağlıq Qarabağda vəziyyətin kəskinləşməsi nəticəsində həlak olmuş hərbi qulluqçuların və mülki vətəndaşların ailələrinə maddi yardım göstərilməsinə dair təkliflər hazırlamağı tapşırıb.

Tarix
2016.04.03 / 23:21
Müəllif
Axar.az
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla