Yuxarı

ABŞ KİV: “Azərbaycan işğaldakı ərazisini azad edir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ KİV: “Azərbaycan işğaldakı ərazisini azad edir"

ABŞ-ın nüfuzlu "Nyu York Tayms" qəzeti Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində ötən həftənin şənbə günündən etibarən yaranan gərginliyə öz səhifələrində geniş yer ayırıb.

APA-nın məlumatına görə, qəzetin bugünkü sayında bölgədəki son vəziyyətlə bağlı geniş yazı dərc olunub.

Yazıda ermənilərin Azərbaycan torpaqlarını işğal etməsindən və uzun illərdən bəri apardıqları etnik təmizləmə siyasətindən bəhs edilir.

Məqalə müəllifi Endryu Kramer son günlər cəbhədə yaşananları atəşkəsin elan olunduğu 1994-cü ildən sonra ilk dəfə tanklar, artilleriya qurğuları, döyüş helikopterləri, eləcə də iri kalibrli silahlardan istifadə olunmaqla, baş verən ən genişmiqyaslı toqquşma kimi qiymətləndirir, bununla da münaqişənin yeni və daha mürəkkəb bir mərhələyə qədəm qoyduğunu bildirir:

"Keçmiş SSRİ respublikaları olan Azərbaycanla Ermənistan arasında milli zəmində münaqişə sovet dövrünün sonlarından etibarən alovlanıb. Nəticədə hər iki tərəfdən yüzlərlə insan ölüb və ya ömürlük əlil olub. Azərbaycan cəbhədə son günlər müşahidə olunan hərbi aktivliyini işğal altındakı ərazilərin qaytarılması hüququ ilə izah edir".

Yazı müəllifi bir neçə dəfə hazırda Dağlıq Qarabağda mövcud olan rejimi separatçı adlandıraraq, bu rejimin Ermənistan, xüsusilə də Kaliforniyanın cənubundakı erməni diasporu tərəfindən dəstək almasını xüsusilə qabardır. O, atəşkəsin elan olunduğu 1994-cü ildən keçən müddət ərzində dəfələrlə razılaşmanın cəbhə xətti boyunca, xüsusilə də Ermənistan tərəfindən pozulduğunu, bu vəziyyətin hər iki tərəfdə çoxsaylı itkilərə səbəb olduğunu bildirir.

"Eurasia Group" analitik mərkəzinin rəhbəri Kliff Kupçen açıqlamasında bildirib ki, Rusiya dövləti, daha dəqiq, prezident Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində maraqlı deyil: "Cəbhə xəttində döyüşlər artıq bir neçə gündür davam edir və bu, artıq yeni müharibədir".

E.Kramer yazısında rəsmi Moskva və Ankaranın sərgilədikləri mövqeyi təhlil edərək, bu məsələdə Rusiyanın Ermənistan, Türkiyənin isə Azərbaycanın tərəfində olduğunu qeyd edib. Buna misal olaraq o, Ermənistanın Rusiyanın çətiri altında fəaliyyət göstərən iqtisadi bloka qoşulduğu, Azərbaycanın isə daha çox qərbmeylli siyasət yürütdüyünü bildirib.

Tarix
2016.04.04 / 16:04
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla