Yuxarı

Ermənistandan acı etiraf: 300 əsgər, 50 tank itirilib - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistandan acı etiraf: 300 əsgər, 50 tank itirilib - Foto

İki gündür davam edən döyüşlərdə bizim tərəfimizdən həm canlı, həm də hərbi texnika itkisi həddən artıq böyükdür.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın "planetaarmenia.ru" saytı yazıb.

"Qarabağda real vəziyyət" başlıqlı xəbərdə Ermənistan ordusunun 300-dən çox əsgərinin öldürüldüyü qeyd olunur:

"Hadrut (Füzuli) hospitalındakı etibarlı mənbə deyir ki, yüzlərlə yaralı gətirilib. İndiyə qədər 300-dən çox hərbi qulluqçu öldürülüb. Öldürülən arasında əsgərlərlə yanaşı, kiçik və böyük rütbəli zabitlər də var".

Sayt yazır ki, avtomobil, ağır zirehli texnika, həmçinin, artilleriya qurğuları da məhv edilib: "Qeyri-rəsmi məlumatlara görə, indiyə qədər 50-dən artıq hərbi texnika sıradan çıxıb".

Xəbərdə əhalinin təşviş içində olduğu, evlərini kütləvi şəkildə tərk etdiyi diqqətə çatdırılıb.

"Əhali digər təhlükəsiz yerlərə axın edir. Qarabağ hökuməti (qondarma "DQR") əhalinin evlərini tərk etməsinə maneələr yaradır. Gedənlər postlarda saxlanılır. Əsgərlər fərarilik edirlər. Hakimiyyətin və Qarabağ müharibəsi veteranlarının çağırışına baxmayaraq, gənclər orduya getmək istəmirlər. Onlar müxtəlif bəhanələrlə döyüşməkdən imtina edirlər. Yeganə ümid Qarabağ müharibəsi veteranlarınadır", - deyə sayt yazıb.

Tarix
2016.04.05 / 01:19
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

Gəmi qəzası: Vətəndaşlarımız üçün cinayət tərkibli materiallar...

Azərbaycan kəsişmədə yerləşir – Alen Berse

Paşinyandan Putinə cavab: Çıxart, etiraz etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla