Yuxarı

Həcc ziyarətinə gedəcək zəvvarlara - Xəbərdarlıq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həcc ziyarətinə gedəcək zəvvarlara - Xəbərdarlıq

Bu il Həcc ziyarətinə yollanacaq zəvvarlara Səudiyyə Ərəbistanı Krallığının müvafiq nazirliyi tərəfindən təhlükəsizlik ilə bağlı xüsusi xəbərdarlıq olunub.

Qafqaz Müsəlmanları idarəsindən APA-ya verilən məlumata görə, Yaxın Şərqdə, xüsusilə Suriyada baş verən hadisələr, o cümlədən Səudiyyə Ərəbistanının əməliyyatlarda iştirakını nəzərə alan Krallıq ziyarət zamanı mümkün terror təhlükəsindən ehtiyat üçün təhlükəsizlik tədbirlərini gücləndirməyi planlaşdırır.
Bundan irəli gələrək müvafiq ölkələrdən gələcək zəvvarlara mümkün qədər toplaşaraq gəzməmək, şübhəli əşya, şəxs və əlamətlər gördükdə dərhal yaxınlıqdakı təhlükəsizlik patrulunu məlumatlandırmaq xəbərdarlığı edilir.

Zəvvarlara xüsusuilə ziyarət qrafikindən kənarlaşmamaq tövsiyə olunur.

Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Dolların kursuna görə bu ilki ziyarət xərcləri ötən il ilə müqayisədə bahadır. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.

Tarix
2016.04.09 / 19:30
Müəllif
Axar.az
Digər xəbərlər

Mikayıl Cabbarov Pəncab əyalətinin baş naziri ilə görüşdü

Sudanla saziş imzalandı: bu şəxslər üçün viza ləğv edildi

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə...

Şad xəbər: Quru sərhədlər açılır - Ekspert

Şəhərlər xalq tərəfindən qurulur və xalq üçündür - Şenqyun

Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı açıqlama

Dünya Şəhərlər Günü 2026-cı ildə Çində keçiriləcək

İlham Əliyev Tomaş Tarabanı qəbul etdi

Azərbaycana qərəzli yanaşanlara qrant verənlərin sayı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla