Yuxarı

Vəhabilər jurnalistlərimizi ölümlə hədələdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vəhabilər jurnalistlərimizi ölümlə hədələdi - Foto

Bəşər Əsədə qarşı vuruşan azərbaycanlılara dəstək verən bəzi dindarlar Azərbaycanın jurnalistləri əleyhinə kampaniyaya başlayıblar.

Jurnalistlər arasında "APA Holding"in iki əməkdaşı da var. Suriyada Bəşər Əsədə qarşı vuruşan azərbaycanlılara dəstək verən bəzi dindarlar Azərbaycanın jurnalistlərinə qarşı kampaniyaya başlayıblar.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, radikal dini təriqətin üzvü olduğu ehtimal olunan həmin şəxslər Feysbukda APA-nın əməkdaşı Hafiz Heydərov və "Kulis.az" saytının baş redaktoru Qan Turalı barəsində təhdidlərin yer aldığı statuslar və şərhlər yazırlar.

Dindarlar həmçinin sosial şəbəkələrdə Suriyada öldürülən azərbaycanlılarla bağlı məlumatlar yayan Hafiz Heydərovun ünvanına da nalayiq ifadələr işlədiblər. Onlar iddia edirlər ki, guya H. Heydərov Feysbukda başqa adlarla qeydiyyatdan keçərək onlardan Suriyada öldürülən azərbaycanlılarla bağlı məlumatlar toplayır. Dindarlar hamını bu jurnalistdən ehtiyat etməyə çağırıb.

Sosial şəbəkələrdə radikal dindarların hədəfinə çevrilən daha bir jurnalist isə Qan Turalıdır. Radikallar Qan Turalını İslamın düşməni adlandıraraq, onun bir neçə il əvvəl qətlə yetirilən yazıçı-publisist Rafiq Tağının davamçısı olduğunu bildirirlər. Jurnalistin fotolarını paylaşan şəxslər bütün dindarlara onu tanımağı məsləhət görüblər:

"Bu adam Rafiq Tağının davamçısı və İslamın düşmənidir. Bakıda yaşayır. Düşmənlərimizi tanıyaq".

Tarix
2014.02.14 / 16:02
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla