Yuxarı

Deputatdan ödənişli təhsillə bağlı mühüm - Təklif

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputatdan ödənişli təhsillə bağlı mühüm - Təklif

Qənirə Paşayeva Milli Məclisdə valideyn himayəsindən məhrum olmuş uşaqların ali təhsili ilə bağlı təkliflərlə çıxış edib.

Axar.az xəbər verir ki, millət vəkili Hesablama Palatasının 2015-ci il hesabatının müzakirəsi zamanı valideynlərini itirmiş, habelə, hər iki valideyn himayəsindən məhrum olmuş ali və orta peşə ixtisas müəssisələrində təhsil alan tələbələrlə bağlı ortaya çıxmış bəzi problemlərin həllinin vacibliyini vurğulayıb.

O bildirib ki, valideynini itirmiş və himayədən məhrum olmuş uşaqlar, dövlət, bələdiyyə, özəl ali və orta ixtisas təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət hesabına ödənilir, amma qanunvericiliyin müəyyən maddəsinə əsasən, onlar 23 yaşınadək bundan yararlana bilirlər:

"Nəzərə alsaq ki, bütün uşaqlar ali məktəbə orta məktəbi bitirdikdən dərhal sonra deyil, 2-3 il gec də daxil ola bilir, belə halda 23 yaşı tamam olduqdan sonra təhsil aldığı ali məktəblə bu kateqoriyadan olan gənclər arasında ödənişlə bağlı müəyyən problemlər yaranır. Ödənişli əsaslarla qiyabi və əyani təhsil alan, yaşı 23-dən artıq olan tələbələrin də təhsil haqqından azad edilmələri ilə əlaqədar təhsil müəssisələri qarşısında məsələ qaldırmalı, bunun qanunlarda eyni mövqeyə fərqli yanaşma yaratdığını, bununla bağlı normativ hüquqi sənədlər arasında müvafiq fərqlərin aradan qaldırılmasına baxmalıyıq".

Tarix
2016.04.15 / 17:19
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyev Ağ Evdəki atışma ilə bağlı paylaşım etdi

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla