 
                
                Bakı və London ilk konsulluq məsləhətləşmələri keçirdi
00:01
                | Ana səhifə Planet |         | 
 
    
Belarusa qarşı xarici təcavüz olmadığı təqdirdə respublika müharibəyə cəlb olunmayacaq.
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“İndi o qədər qarışıq, naməlum zamandır ki, dözməliyik. Bu dövrlərə dözməliyik. Buna dözsək, uşaqlarımız yaşayacaq. Dözə bilməsək, bu məhvə baş vuracağıq. Dünyada 50-dən çox münaqişə və müharibə var. İstəməzdim ki, biz də 51-cidə iştirak edək. Bizi narahat etməsələr, bu müharibəyə qoşulmayacağımız barədə sizə söz verirəm. Bu, məhz prezidentin və hökumətin əsas vəzifəsidir”, - o bildirib.
| Tarix 2025.10.31 / 16:56 | Müəllif Zeynəb Əkbər  | 
 
                
                 
                
                 
                
                 
                
                 
                
                 
                
                 
                
                 
                
                 
                
                 
                
                 
                
                 
                
                 
                
                 
                
                 
                
                 
                
                 
                
                 
                
                 
                
                 
                
                 
                
                 
                
                 
                
                 
                
                 
                
                 
                
                 
                
                 
                
                 
                
                 
                
                