Yuxarı

Sumqayıtda nəzarətçiyə 1 manat verən sürücü döyüldü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıtda nəzarətçiyə 1 manat verən sürücü döyüldü

Sumqayıtda sürücü ilə parklanma nəzarətçisi arasında pul üstündə dava olub.

Axar.az Lent.az-a istinadla xəbər verir ki, hadisə 11-ci məhəllədə, “Sevgilim” şadlıq sarayının yaxınlığında baş verib.

48 yaşlı Masallı rayon sakini Bəşir Quliyev (ad və soyad şərtidir) mübahisə zamanı sürücünün sifətinə yumruqla zərbə vurub. Nəticədə zərərçəkən yerə yıxılıb və müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu əməlinə görə Bəşir Quliyev barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, bibisi oğlu “Sevgilim” şadlıq sarayının yanında parklanma nəzarətçisi (parkovşik) işləyir:

“Gecə saat 10-11 radələrində toydan çıxan şəxs avtomobilinə gəldi və bibim oğluna 2 ədəd 50 qəpik verib “Sənə heç bu da düşmür” dedi. Sonra da onun valideynlərini təhqir etdi. Mən də oturub çay içirdim. Bundan sonra mən onun başının arxasına şillə vurdum, başı maşına dəydi”.

Bəşir Quliyev əlavə olaraq bildirib ki, zərərçəkənlə barışıq əldə olunub və ona qarşı şikayəti yoxdur.

Zərərçəkənin sözlərinə görə isə içkili olduğu üçün maşını idarə etməyi Cavid adlı şəxsə tapşırıb:

“Cavidə pul verdim ki, “parkovşik”ə versin. 2 ədəd 50 qəpiyi “parkovşik”ə verəndən sonra, onlar dedilər ki, biz dilənçi deyilik. Mən də onlara dedim ki, burda əziyyət çəkdikləri üçün pul verirəm, yoxsa sizə pul verməli deyiləm. Onlar məndən 2 manat istədilər. Cavab verdim ki, Sumqayıtın heç yerində 2 manata parklanma yoxdur. Bundan sonra onlar məni söydülər. İçkili olduğum üçün mən də söyə bilərəm. Mübahisə zamanı mənə 3 yumruq zərbəsi vuruldu, Xəstəxanada başıma 8 tikiş qoyulub”.

Zərərçəkən də təqsirləndirilən şəxsə qarşı şikayəti olmadığını bildirib.

Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə cinayət işinə xitam verilib və Bəşir Quliyev məsuliyyətdən azad olunub.

Tarix
2025.10.31 / 20:06
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla