Yuxarı

Mikayıl Cabbarov Erdal Bahçıvanla görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mikayıl Cabbarov Erdal Bahçıvanla görüşdü

İqtisadiyyat naziri Mikayıl Cabbarov İstanbul Sənaye Palatasının (İSO) İdarə Heyətinin sədri Erdal Bahçıvanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Axar.az xəbər verir ki, iqtisadiyyat naziri Azərbaycan və Türkiyə dövlət başçılarının siyasi iradəsinin, verdikləri tapşırıqların icrasının qarşılıqlı münasibətlərin möhkəmləndirilməsində əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və iki ölkə arasında imzalanmış Preferensial Ticarət Sazişi iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsinə əlavə imkanlar açır. Qardaş ölkələr arasında uğurlu investisiya tərəfdaşlığı həyata keçirilir. Ölkələrimizin iştirakı ilə həyata keçirilən genişmiqyaslı layihələr regional əməkdaşlığı dərinləşdirməklə yanaşı, bölgənin mənzərəsini dəyişir.

Görüşdə aparılan müzakirə zamanı İSO-ya üzv olan şirkətlərlə yerli biznes subyektləri arasında əməkdaşlığın fəal təşviqi, investisiya, potensial layihələrin icrası, enerji, ticarət, sənaye, rəqəmsal texnologiyalar, infrastruktur və digər sahələrdə əməkdaşlığın şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycanın Türkiyədəki ticarət nümayəndəliyinin və İstanbul Sənaye Palatasının təşkilatçılığı ilə ölkəmizə səfər edən 100-ə yaxın iş adamına Azərbaycanın iqtisadi potensialı, əlverişli işgüzar mühiti, sahibkarlar üçün tətbiq olunan güzəştlər, Ələt Azad İqtisadi Zonasında investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib. Qonaqlar, həmçinin Sumqayıt Sənaye Parkında müəssisələrin fəaliyyəti və sənaye zonalarında işbirliyi imkanları ilə tanış olublar.

Tarix
2025.10.31 / 22:15
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və London ilk konsulluq məsləhətləşmələri keçirdi

Yaxın zamanda Zəngəzur dəhlizi açılacaq - Səfir

Azərbaycan və ABŞ strateji tərəfdaşlığı nəzərdən keçirir - Hacıyev

Ermənistan MTX-nin hərbi hissəyə basqını... - Nə baş verir?

İlham Əliyev gərginlik keçirən generallara deyir ki...

Nazirin həyat yoldaşı Azərbaycanla danışıqlara qatılır

Muradovun rəhbərlik etdiyi zavodda maaş qalmaqalı...

Erməni həmkarlarla birgə əhalini buna hazırlayırıq - Hacıyev

Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat

Zəngəzur dəhlizinin Azərbaycan hissəsi nə vaxt tamamlanır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla