Gündə bir dəfə sürtün - Ləkələri yox edir
02:00
| Ana səhifə Planet |
|
Türkiyə xarici işlər naziri Hakan Fidan İstanbulda monteneqrolu həmkarı Ervin İbrahimoviçlə görüşüb.
Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, H.Fidan Monteneqroda Türkiyə vətəndaşlarının təhlükəsizliyi və hüquqlarını hədəf alan hücumların təkrarlanmaması üçün istənilən tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb.
İki ölkə arasında əməkdaşlığın gücləndirilməsinə yönəlik görüşün müsbət atmosferdə keçdiyi bildirilib.
Qeyd edək ki, bir neçə gün öncə Monteneqronun paytaxtı Podqoritsada baş verən insident zamanı Türkiyə və Azərbaycan vətəndaşları hücuma məruz qalmışdı. Monteneqro hökuməti hadisələrdən sonra Türkiyə vətəndaşları üçün vizasız rejimi dayandırmışdı.
|
Tarix
2025.11.01 / 01:38
|
Müəllif
Axar.az
|