Yuxarı

Erməni həmkarlarla birgə əhalini buna hazırlayırıq - Hacıyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni həmkarlarla birgə əhalini buna hazırlayırıq - Hacıyev

Vaşinqton sammiti sülh prosesinə siyasi dəstək verdi.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəngilan Konqres Mərkəzində diplomatik korpus üçün keçirilən brifinqdə bildirib.

Hikmət Hacıyev vurğulayıb ki, sammitin əsas məqsədi sülhü təmin etmək olub: “Məqsədimiz sülhü qazanmaq idi. Biz həmçinin ABŞ administrasiyasına, Prezident Trampa və onun bütün komandasına sülh prosesini irəlilətmək üçün siyasi dəstək verdiyinə görə minnətdarıq”.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan və Ermənistan sülhü müəyyənləşdirmək prosesindədir:

“Hazırda Ermənistan və Azərbaycan sülh şəraitində yaşamağı öyrənir, çünki iki ölkə müstəqillik qazandıqdan sonra sülhün nə demək olduğunu bilmirdi. Buna baxmayaraq, sülhü müəyyənləşdirmək prosesindəyik. Müharibəni təyin etmək çox asandır, çünki söhbət qan, dağıntı və bütün bu dəhşətli şeylərdən gedir. Lakin bu vaxt ərzində sülhü təyin etmək və sülh şəraitində yaşamağa uyğunlaşmaq çox çətindir”.

Hacıyev bildirib ki, sülhdən sonra əsas məsələ Azərbaycan və Ermənistan arasında real əməkdaşlıq və qarşılıqlı əlaqələrin qurulmasıdır.

O vurğulayıb ki, Azərbaycanın niyyəti daha geniş bölgəyə sülhün iqtisadi faydalarını gətirməkdir.

“Biz Azərbaycanla Ermənistan arasında etimad quruculuğu üzrə səylərimizi də əsirgəmirik. Həmçinin erməni həmkarlarla birgə iki ölkənin əhalisini də buna hazırlayırıq. Bu, bizim gündəlikdə duran digər əsas məsələlərdən biridir”, - Hacıyev əlavə edib.

Hikmət Hacıyev brifinqdə sülh prosesinin dərinliklərini, regionda dayanıqlı sabitliyin təmin olunmasının vacibliyini və bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığın davam etdirilməsi zəruriliyini vurğulayıb.

Tarix
2025.10.31 / 16:30
Müəllif
Axar.az
Digər xəbərlər

Yaxın zamanda Zəngəzur dəhlizi açılacaq - Səfir

Azərbaycan və ABŞ strateji tərəfdaşlığı nəzərdən keçirir - Hacıyev

Ermənistan MTX-nin hərbi hissəyə basqını... - Nə baş verir?

İlham Əliyev gərginlik keçirən generallara deyir ki...

Nazirin həyat yoldaşı Azərbaycanla danışıqlara qatılır

Muradovun rəhbərlik etdiyi zavodda maaş qalmaqalı...

Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat

Zəngəzur dəhlizinin Azərbaycan hissəsi nə vaxt tamamlanır?

Hesablama Palatası 2026-cı il dövlət büdcəsinə rəy verdi

Hər şeyi edəcəyik ki, Əliyev İrəvanda... - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla