Yuxarı

ADSEA sədri Göygöldə vətəndaşlarla görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADSEA sədri Göygöldə vətəndaşlarla görüşdü - Foto

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov oktyabrın 31-də Göygöl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Göygöl, Daşkəsən və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Axar.az xəbər verir ki, qəbuldan öncə sədr Zaur Mikayılov və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Müraciətlər əsasən əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, suvarma kanallarının beton üzlüyə alınması, yeni subartezian quyularının qazılması, balansa götürülməsi, içməli su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Tarix
2025.10.31 / 17:08
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və London ilk konsulluq məsləhətləşmələri keçirdi

Həbs edilən başçı Mehdiyevlə qonşu imiş

Yaxın zamanda Zəngəzur dəhlizi açılacaq - Səfir

Azərbaycan və ABŞ strateji tərəfdaşlığı nəzərdən keçirir - Hacıyev

Ermənistan MTX-nin hərbi hissəyə basqını... - Nə baş verir?

İlham Əliyev gərginlik keçirən generallara deyir ki...

Nazirin həyat yoldaşı Azərbaycanla danışıqlara qatılır

Muradovun rəhbərlik etdiyi zavodda maaş qalmaqalı...

Erməni həmkarlarla birgə əhalini buna hazırlayırıq - Hacıyev

Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla