Yuxarı

Tofiq Yaqubluya xəbərdarlıq edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tofiq Yaqubluya xəbərdarlıq edildi

Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, paytaxt sakini Tofiq Yaqublu 2016-cı il martın 20-dən etibarən Feysbuk sosial şəbəkəsində mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin ünvanına böhtan xarakterli statuslar yazmaqla, kütləvi informasiya vasitələrinə müsahibəsində Azərbaycanda guya mövcud olan siyasi məhbus probleminin arxasında hakim dairələrin durması barədə həqiqəti təhrif edən fikirlər bildirib.

Axar.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, bundan başqa, o, kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə dini radikallıq mövzusuna toxunaraq, cəzaçəkmə müəssisələrində cəza çəkən şiə və vəhhabi təriqətinə etiqad edən məhkumlar arasında gərgin münasibətlərin olduğu, vəhhabilərin həbsxanadan buraxılacağı təqdirdə dinc insanlara qarşı terror aktları törədəcəkləri barədə fikirlər söyləyib.

T.Yaqublunun hərəkətləri ölkənin hüquq mühafizə orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, cəza siyasətinin həyata keçirilməsi, dini nifrət və düşmənçiliyin salınmasının qarşısının alınması və digər sahələrdə görülən işlərə kölgə salmaq məqsədinə xidmət edir. Bununla əlaqədar T.Yaqublu Baş Prokurorluğa dəvət edilərək onunla müvafiq söhbət aparılıb. O, söhbət zamanı fikirlərinin kütləvi informasiya vasitələrində təhrif olunduğunu bildirib.

T.Yaqubluya milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına yönələn hərəkətlərin aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədilməsi əməllərinə görə Cinayət Məcəlləsinin 283-cü maddəsində cinayət məsuliyyətinin nəzərdə tutulması izah olunub. Ona "Prokurorluq haqqında" qanunun 22-ci maddəsinə müvafiq qaydada gələcəkdə qərəzli, reallığa uyğun olmayan, habelə dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərini davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Tarix
2016.04.15 / 19:19
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadakı azərbaycanlılar ölkədən köçür? - Qisas planı

4 min azərbaycanlının taleyindən xəbər yoxdur - XİN

BTQ Kanakinin müstəqillik tərəfdarlarını təbrik etdi

İlham Əliyev Delsi Rodrigesə başsağlığı verdi

Bayramov qazaxıstanlı həmkarı ilə danışdı

Rusiyadan baxış: Azərbaycanın ən böyük üstünlüyü...

Ermənistan İsrailin bu oyununda yoxdur - Melkonyan

Milli Məclisin növbəti iclası başladı

Ermənistan bu məlumatları təqdim etmir – DTX

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla