Yuxarı

Zəngəzur dəhlizini verməsək, onu bizdən alacaqlar - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəngəzur dəhlizini verməsək, onu bizdən alacaqlar - Video

Biz “Zəngəzur dəhlizi” deyirik, amma əslində söhbət Cənubi Qafqazın yeni arxitekturasından gedir.

Axar.az xəbər verir ki, bu sözləri “Alternativ layihələr” qrupunun üzvü, ekspert Vahe Ovannisyan erməni mediasına müsahibəsində deyib.

“Elə vəziyyət yaranıb ki, Qərb yol üçün bir variant, Rusiya başqa variant təklif edir; Ermənistan isə ona sərfəli, Rusiya ilə Qərb arasında münaqişə predmetinə çevrilməyəcək variantı təklif etmir. Hamıya və hər şeyi “yox” deyirik. Bu ona gətirib çıxaracaq ki, bütün məsələlər bizsiz, amma ərazimizdə həll olunacaq”, - o bildirib.

Sərhədlərin dəyişdirilməsini özünün “qırmızı xətti” elan edən İrana gəlincə, Ovannisyan qeyd edib:

“Əvvəla, İran çox ciddi münaqişədə iştirak edir və bu hələ mübahisəlidir ki, onun sizi sona qədər qorumaq üçün kifayət qədər resursu və vaxtı olacaqmı? Həm də özün-özünü qorumadığın bir situasiyada.
İkincisi, rəqibləriniz İranla daha geniş maraqlarla danışıqlar apara və nədəsə güzəştə getməklə bu məsələdə istədiklərini əldə edə bilərlər.

Üçüncüsü, İranla münasibətlərimiz yalnız bəyanatlar səviyyəsindədir, “dəmir zəmanət” deyil. Biz İranla xüsusilə Zəngəzurda ciddi iqtisadi layihələr işləmirik”.

Tarix
2024.10.10 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bu sahə ilə bağlı yeni dövlət standartları qəbul olundu

103 ölkədən 569 QHT Bakı Bəyannaməsi imzaladı

Kim Çen İn İlham Əliyevi təbrik etdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla