Yuxarı

Bu ölkə dünya çempionatından kənarlaşdırıla bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkə dünya çempionatından kənarlaşdırıla bilər

Konqo Demokratik Respublikasının (DR) milli futbol komandası ölkədə yayılan Ebola epidemiyası səbəbindən 2026-cı il dünya çempionatından kənarlaşdırılma təhlükəsi ilə üzləşib.

Axar.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Ağ Evin Dünya Kuboku üzrə İşçi Qrupunun icraçı direktoru Endryu Culianinin sözlərinə görə, komanda ABŞ-a yollanmadan əvvəl Belçikada 21 günlük karantindən keçməlidir. Əks halda, onların turnirə ev sahibliyi edən ölkələrə girişinə icazə verilməyə bilər.

Konqo DR millisi epidemiya səbəbindən Kinşasadakı təlim-məşq toplanışını ləğv edərək hazırlığını Belçikada davam etdirmək qərarı verib. Komanda qrup mərhələsində Portuqaliya, Özbəkistan və Kolumbiya ilə qarşılaşacaq.

Qeyd edək ki, mayın 17-də Ümumdünya Səhiyyə Təşkilatı Konqo Demokratik Respublikası və Uqandada Ebola epidemiyasını beynəlxalq səviyyədə fövqəladə vəziyyət elan edib. Hazırda Konqo DR-də təxminən 750 şübhəli yoluxma halı və 177 ölüm qeydə alınıb.

Tarix
2026.05.23 / 01:43
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla