Yuxarı

Çanaqqalada Qənirə Paşayevanın təklifinə dəstək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çanaqqalada Qənirə Paşayevanın təklifinə dəstək

Millət vəkili Qənirə Paşayevanın Çanaqqalada Azərbaycan parkı təklifini bələdiyyə başqanı "qısa zamanda həyata keçirəcəyik" deyə dəstəkləyib.

Axar.az xəbər verir ki, Türkiyənin Çanaqqala bölgəsində konfrans verməyə gedən millət vəkili Çanaqqala bələdiyyə başçısı Ülgür Gökhan ilə görüşüb.

Q.Paşayeva "son günlər qardaş Türkiyədə terror aktları zamanı həyatını itirən qardaş-bacılarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik və hər zaman terrorla mübarizədə qardaş Azərbaycan yanınızdadır" deyib.

Görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Çanaqqalanın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini bildirən Qənirə Paşayeva bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı fikir mübadiləsi aparıb. O, yaxın zamanlarda Çanaqqalanın mərkəzi parklardan birinə "Azərbycan" adının veriləcəyinə inandığını deyib və Çanaqqala bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.

Çanaqqala bələdiyyə başçısı Ülgür Gökhan Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib.

Bələdiyyə başçısı millət vəkilinin Çanaqqalada Azərbaycan parkı təklifini müsbət qiymətləndirdiyini bildirərək, buna mütləq baxılacağını və həllini tapacağını deyib.

Bələdiyyə başçısına müəllifi olduğu "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası" kitabı barədə danışan Qənirə Paşayeva kitabın növbəti hissələrində qədim Çanaqqalanın da yer alacağını bildirib:

"Azərbaycan insanına Çanaqqalanı daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək".

Çanaqqala bələdiyyə başkanına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar və özünün həmmüəllifi olduğu "Karabağ hikayeleri" kitabını hədiyyə edən Q.Paşayeva onu Azərbaycana dəvət edib. Çanaqqala bələdiyyə başkanı dəvəti böyük məmuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib.Görüşdə araşdırmaçı-yazar İmdat Avşar da iştirak edib və bir sıra təkliflər ətrafında geniş müzakirələr olub.

Tarix
2016.04.16 / 15:04
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan gözlənilməz bəyanat: Bakı buna görə razılaşdı...

Nə Sərkisyanın, nə də Paşinyanın mövqeyi... - Marukyan

Azərbaycan XİN-dən Atatürkün Anım Günü ilə bağlı paylaşım

Tokayevin qərarı Türkiyəni narazı sala bilər?

“Müharibə Qəhrəmanı” yüksək addır, yoxsa “Milli Qəhrəman”?

Balasanyan ortaya çıxdı, Bakı ilə bağlı ilk bu sözləri dedi

Azərbaycan UNESKO komitəsinə üzv seçildi

Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı

Azərbaycan iki hücumla bu sistemlərimizi tamamilə məhv etdi

Paşinyan razılaşdı: Bu ərazilər Azərbaycana verilir - Surenyants

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla