Yuxarı

“Kreml Qarabağı buna görə Bakıya qaytara bilər”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi yenidən alovlandı və dörd gün ərzində davam edən toqquşmalar dünyaya xatırlatdı ki, münaqişə regionda qeyri-sabitlik riski olaraq qalır. İndi Avropa və beynəlxalq diplomatiya ədalətli və bərabər hüquqlu qərar verməlidir.

Publika.az xəbər verir ki, bu barədə "Karnegi" fondunun eksperti Bayram Balçı deyib.

Münaqişənin tarixinə toxunan ekspert qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ və yeddi rayonu Ermənistan tərəfindən zəbt olunub:

"1992-ci ildən başlayaraq, amerikalı, fransalı və ruslardan ibarət yaradılan ATƏT-in Minsk Qrupu tərəfləri əbəs yerə barışdırmağa çalışır. Bölgədə etimad mühitinin olmaması münaqişədə müntəzəm olaraq toqquşmalara səbəb olur. Digər münaqişələrin də mövcudluğuna baxmayaraq, Dağlıq Qarabağ istənilən an regional müharibəyə səbəb ola biləcək münaqişə ocağıdır".

B.Balçı 2-5 aprel tarixində baş verən toqquşmalara diqqət çəkərək bildirir ki, bu münaqişənin regional oyunçulara da təsiri ola bilər:

"Hansı ki, Suriyada üz-üzə gələn Rusiya və Türkiyə müharibəyə cəlb oluna bilər, yaxud öz regional ambisiyalarına görə İran da bura qoşula bilər. Amma Avropa iki səbəb görə narahat olmalıdır: Birincisi, Xəzər regionundan enerjini daşıyan boru kəmərlərinin təhlükəsizliyi üçün. Hansı ki, bu kəmərlər toqquşmaların baş verdiyi ərazinin yaxınlığından keçir. İkincisi, Rusiyanın cənub sərhədləri boyunca ambisiyalarının qarşısını almaq üçün".

Ekspert hesab edir ki, Rusiyanın keçmiş müstəmləkələri hesab etdiyi Azərbaycan və Ermənistan arasında bu yaxınlardakı döyüşlərdə iştirak edib-etmədiyi dəqiq deyil:

"Əslində Moskva ənənəvi təsir sahəsində güclənmək üçün bundan istifadə edə bilər. Amma hər şeydən əvvəl Putin SSRİ-nin dağılmasını açıq şəkildə "XX əsrin ən böyük geosiyasi qəzası" adlandırır və Avrasiya İqtisadi İttifaqını yaratmaq istəyini gizlətmir. Ukrayna Putin üçün ən pis qarabasma oldu. Əgər Qafqazda da öz təsirlərini itirəcəksə, bu yaxşı olmayacaq. Hazırda Azərbaycan neytral mövqe tutaraq, Avrasiya İqtisadi İttifaqına qoşulmaq üçün heç vaxt maraq göstərməyib. Buna görə də Kreml Bakının dəstəyini əldə etmək üçün Dağlıq Qarabağ münaqişəsini tamamilə onun xeyrinə həll edə bilər. Belə olanda Ermənistan ona qarşı çıxa bilməyəcək".

Tarix
2016.04.19 / 16:58
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

TDT baş katibi diplomatlarımızı təbrik etdi

Ümid edirik ki, tezliklə Bakı və İrəvan... - ABŞ

Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Trampa başsağlığı verdi

Azərbaycandakı rus icması Bakını seçdi - Primakovdan etiraf

Azərbaycan sərhədində müharibə təhlükəsi: Bu gün...

Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan

Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq

Tramp və Netanyahu Xameneinin qətlini müzakirə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla