Yuxarı

Lənkəranda könüllülər üçün növbəti təlim keçirildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə İctimai Birliyin könüllüləri üçün Lənkəran şəhərində növbəti təlim keçirilib.

Axar.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində könüllülük hərəkatının inkişafına dəstək vermək, o cümlədən əhaliyə zəruri yardım göstərməyə hazır olan könüllüləri formalaşdırmaqdan ibarət olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının, “Regional İnkişaf” İctimai Birliyinin, “Lənkəran Tibb Kolleci” PHŞ-nin, TƏBİB-in Lənkəran şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları və könüllülər iştirak ediblər.

Açılış mərasimində FHN Cənub Regional Mərkəzinin rəisi polkovnik Müsəddiq Əsədov, “Regional İnkişaf” İctimai Birliyinin bölmə rəhbəri İlkin Muradov və “Lənkəran Tibb Kolleci” PHŞ-nin şöbə müdiri Solmaz Babayeva iştirakçıları salamlayaraq, layihənin əhəmiyyəti, məqsəd və hədəfləri barədə ətraflı məlumat veriblər.

Sonra təlimə start verilib.

Təlim şərti yanğının söndürülməsi, xilasetmə tədbirlərinin həyata keçirilməsi, “yaralıların” təxliyəsi və ilkin tibbi yardımın göstərilməsi, çadırların qurulması və “zərərçəkmişlərin” müvəqqəti yerləşdirilməsi istiqamətlərində keçirilib.

Təlim uğurla reallaşdırılıb və qarşıya qoyulan məqsədlərə nail olunub.

Tarix
2025.09.18 / 18:20
Müəllif
Axar.az
Digər xəbərlər

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla