Yuxarı

Nəhəng asteroid Yerə yaxın məsafədən keçdi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Kosmik Agentliyi (ESA) hələ 2025-ci ilin martında “2025 FA22” olaraq təyin edilmiş potensial təhlükəli asteroid aşkarlamışdı. Cümə axşamı nəhəng asteroid Yerə yaxın məsafədən keçib.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, ilkin müşahidələrə görə, asteroid 2089-cu ildə planetimizə təhlükəli dərəcədə yaxınlaşa bilərdi. Daha sonrakı izləmə “2025 FA22”ni təhlükəli asteroidlər siyahısından çıxarmağa imkan verib, lakin onun Yer kürəsinə yaxınlaşması bu gün planetlərin müdafiəsi xidmətləri üçün təlim məşqi kimi istifadə oluna bilər.

“2025 FA22” asteroidi Bakı vaxtı ilə saat 11:41-də Yer kürəsinə yaxın məsafədən təhlükəsiz şəkildə keçib. Obyekt planetimizə Aydan təxminən iki dəfə uzaq məsafədə uçub. Bu göy cisminin diametri 130 ilə 290 metr arasında dəyişir. Yerə yaxından yanaşma bizə onun haqqında daha çox məlumat əldə etməyə imkan verəcək. Bu məqsədlə ESA bu ilin oktyabr ayına qədər davam edəcək “2025 FA22” üçün müşahidə kampaniyasına başlayıb.

“2025 FA22” asteroidinin hərtərəfli müşahidələri onun tərkibini, dəqiq ölçüsünü və səth xüsusiyyətlərini - Yer kürəsinə təhlükəni azaltmaq üçün hesablamalara lazım olan parametrləri müəyyən etməyə kömək edəcək. Hazırda bu, planetimiz üçün təhlükə yaratmadan asteroidi qiymətləndirmək imkanıdır, ona görə də Yerə yaxın məsafədə yanaşma “təlim həyəcanına” cavab vermək və müvafiq xidmətlərin işini yoxlamaq üçün əlverişli üsuldur.

Tarix
2025.09.18 / 17:35
Müəllif
Axar.az
Digər xəbərlər

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla