Yuxarı

Oleq Bakinskinin şikayəti təmin olunmadı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə "Oleq Bakinski" ləqəbi ilə tanınan Oleq Krapivin və Konstantin Kuçer barəsində olan hökmdən apellyasiya şikayəti və protestə baxılıb.

Axar.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslərin nümayəndəsi Samir İsayev çıxış edib.

O bildirib ki, təqsirləndirilən şəxslərə verilən cəza yüngül olub və cəzanın artırılmasını istəyir.

Nümayəndə həmçinin maddi və mənəvi zərərlə bağlı mülki iddialarının təmin olunmasını xahiş edib.

Daha sonra çıxış edən prokuror Murad Vəliyev deyib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin Kuçer Konstantin Antonoviçə aid hissədə hökm dəyişdirilməlidir.

Dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda dələduzluq) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə təqsirləndirilməlidir.

Daha sonra hakimlər heyəti müşavirəyə yollanıb. Müşavirədən qayıdan hakimlər heyəti qərarı elan edib. Qərara görə, təqsirləndirilən şəxslərin müdafiəçilərinin, həmçinin zərərçəkmiş şəxslərin nümayəndəsinin apellyasiya şikayətləri, dövlət ittihamçısının apellyasiya protesti təmin olunmayıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Oleq Bakinskinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 6 ay sınaq müddəti olmaqla 2 il 6 ay şərti cəza verilib.

Digər təqsirləndirilən Konstantin Kuçerə isə ittiham olunduğu maddələrdən biri - Cinayət Məcəlləsinin 178.4-cü maddəsi üzrə bəraət verilib. O, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib və qəti olaraq ona 2 il 6 ay təyin olunub.

Konstantin Kuçerin "Günay Bank"dakı hesabına qoyulmuş həbs götürülüb.

Qeyd edək ki, zərərçəkən kimi tanınan Valeriy Zaxarenkonun lisenziyası ləğv edilmiş "Günay Bank"da bir neçə milyon avro pulu olub. Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı V.Zaxarenko vəsaiti götürmək üçün Bakıya gəlib, ancaq bank bağlandığından həmin pulları çıxarmaqda problem yaranıb.

O.Bakinski, K.Kuçer və V.Zaxarenko məsələni yoluna qoymaq üçün Bakının Xətai rayonunda yerləşən Babək Plazada görüşüblər. Lakin tərəflər ortaq məxrəcə gələ bilməyiblər və aralarında mübahisə düşüb. O.Bakinski şüşə butulka ilə V.Zaxarenkoya xəsarət yetirib. Sonuncuya tibbi yardım göstərmək üçün Yeni Klinikaya aparıblar. Cinayət işi üzrə V.Zaxarenko zərərçəkmiş kimi tanınıb.

Eyni zamanda, daha iki şirkət zərərçəkmiş sayılır. Bunlar "Aviazapchast" Açıq Səhmdar Cəmiyyəti və "Promyshlennye Postavki Kazakhstan" Məhdud Məsuliyyətli Cəmiyyətdir.

O.Krapivin 2024-cü ilin iyulun sonlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda həbs olunmuşdu.

Tarix
2025.09.18 / 17:04
Müəllif
Axar.az
Digər xəbərlər

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla