Yuxarı

Qallant vəzifədən çıxarıldı, İsrail qarışdı – Təcili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qallant vəzifədən çıxarıldı, İsrail qarışdı – Təcili

23:32

Baş nazir milli təhlükəsizliyə diqqət yetirmək və vətəndaşların və əsgərlərin rifahını birinci yerə qoymaq əvəzinə, müdafiə nazirini vəzifədən azad etməyi və döyüşün ortasında yeni təyinat mərhələsinə başlamağı seçdi. Bunların hamısı biabırçı siyasi ehtiyacları ödəmək üçündür.

Axar.az xəbər verir ki, bu sözləri “İsrail Bizim Evimizdir” partiyasının sədri Aviqdor Liberman müdafiə naziri Yoav Qallantın vəzifədən azad olunmasına münasibətində deyib.

“Əgər müdafiə naziri fəal döyüşlər zamanı dəyişdirilə bilərsə, o zaman öz vəzifəsini yerinə yetirə bilməyən və ölkənin təhlükəsizliyinə etinasız yanaşan baş nazir mütləq dəyişdirilə bilər və buna görə dövlət təhqiqat komissiyası yaradılmalıdır”, - o bildirib.

Müxalifət lideri Yair Lapid isə bu cür reaksiya verib:

“Müharibənin ortasında Qallantın işdən çıxarılması dəlilik aktıdır. Netanyahu siyasi baxımdan sağ qalmaq üçün İsrailin təhlükəsizliyini və İsrail ordusunun əsgərlərini qurban verir. Bütün sionist vətənpərvərləri etiraz əlaməti olaraq bu gecə küçələrə çıxmağa çağırıram”.

Demokratlar Partiyasının rəhbəri Yair Qolan da “küçələrə çıxın” deyə, etiraz aksiyalarına çağırıb.

Girovların Qaytarılması üzrə Ailə Qərargahı müdafiə naziri Qallantın işdən çıxarılmasından dərin narahatlığını bildirib və bunu “girovlarla bağlı razılaşmanı sabotaj etmək səylərinin birbaşa davamı” adlandırıb.

Qeyd edək ki, bu gün axşam saatlarında Baş nazir Benyamin Netanyahu Yoav Qallantı müdafiə naziri vəzifəsindən azad edib və XİN başçısı İsrail Katzı onun yerinə təyin edib.

***

İsraildə Qallantı vəzifədən azad edilməsinə görə aksiyalar başlayıb.

Tarix
2024.11.05 / 23:48
Müəllif
Axar.az
Digər xəbərlər

Məhəmməd Süleyman əl-Casir Xankəndiyə səfər edəcək

Slovakiya prezidenti Azərbaycana gələcək

İsrail səfirindən Azərbaycanla bağlı açıqlama

Qarabağda buna heyran qaldım - Braziliya səfiri

Hikmət Hacıyev Qazançı kilsəsindən video paylaşdı

Diplomatlar Laçında sədərdədir

Diplomatlar Şuşada bu məkanlarda oldu - Video

Azərbaycana qarşı kampaniyalar bu ölkələrdən aparılır...

Arakçı Pezeşkiana xəyanət edir? – İranda böhran

Xankəndidəki işlər Ukrayna üçün nümunədir - Qusev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla