Yuxarı

"Azpulmat” və “Manato”dan istifadə edənlərə mühüm xəbər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azpulmat” və “Manato”dan istifadə edənlərə mühüm xəbər

Son illər “Azpulmat” və “Manato” kimi bank olmayan kredit təşkilatlarına (BOKT) üz tutan insanların sayı artıb. Bu kimi təşkilatların kredit faizləri və şərtləri zaman-zaman vətəndaşlar tərəfindən etirazla qarşılanırdı. Ödənişlərin qaytarılmasında ciddi problemlər yaranırdı.

Axar.az Milli.az-a istinadən xəbər verir ki, artıq məsələyə ciddi nəzarət olunacaq və bank olmayan kredit təşkilatlarının fəaliyyəti “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası” əsasında təşkil olunacaq.

Bundan sonra “Azpulmat” və “Manato” kimi bank olmayan kredit təşkilatları ən çox 500 manat kredit verə biləcəklər. Gündəlik faiz dərəcəsi isə maksimum 0,3 faiz ola bilər. Yəni 500 manat kredit üçün aylıq 45 manat faiz hesabalana bilər, çox yox.

Borcun qaytarılma müddəti də 45 gün olacaq.

Ən problemli məsələlərdən biri isə gecikdirilmiş borclarla bağlı idi. Bu məsələ də öz həlini tapıb.

Qeyd olunub ki, gecikdirilmə faizləri və ya dəbbə pulu əsas borc qalığı məbləğinə gündəlik tətbiq olunan faiz dərəcəsinin 2 mislindən çox olmamalıdır. Gecikdirmə faizləri və ya dəbbə pulu tətbiq edildikdə, əsas borc üzrə faizlər 30 gündən artıq hesablanmamalıdır. Kredit üzrə edilməli olan bütün ödənişlərin ümumi məbləği əsas borcun 100%-dən çox olmamalıdır.

Tarix
2024.11.26 / 12:05
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Cəlalzadəni qəbul etdi: İrandakı aksiyalar...

Bakı 11 nəfəri İrəvana təhvil verdi

Koncoryan: Köçəryan bu bölgəni Azərbaycana vermək istəyirdi

Bu adamyeyənlər Azərbaycanla sülh istəmirlər

Azərbaycan niyə Sülh Şurasına üzv oldu?

ABŞ səfirliyi: "Qarabağ"ın möhtəşəm qələbəsi...

Prezident 3 gündə kimlərlə görüşdü?

İlham Əliyevlə Paşinyan Davosda görüşdü - Foto

Fransina Armenqol Sosias Azərbaycana gəldi

Əliyevin Davos səfəri ilə bağlı daha bir paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla