Yuxarı

Əsədin məğlubiyyətinə bunlar səbəb oldu – Toğrul İsmayıl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsədin məğlubiyyətinə bunlar səbəb oldu – Toğrul İsmayıl

Əsəd rejimi avtoritar bir quruluş olaraq bölgədə ciddi idarəetmə itkisi ilə qarşılaşıb və rejim müxalifət qarşısında zəifləyərək çıxılmaz vəziyyətə düşüb.

Axar.az xəbər verir ki, bu fikirləri "Habertürk"ə danışan Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib.

O, Əsədin geri çəkilməsinin səbəblərini bu cür izah edib:

“Əsəd rejimi avtoritar və diktator rejimidir. Belə rejimlər zahirən ayaqda qalsalar da, əslində bölgəni nə qədər idarə etdiklərini və nə qədər gücə sahib olduqlarını tam bilə bilməzlər. Əsəd niyə Türkiyə ilə razılığa gəlmədi? Çünki ona məlumat ötürən zabitlər və digər şəxslər avtoritar rejimdən, yəni diktator rejimdən çəkinərək həqiqəti heç vaxt olduğu kimi çatdırmırlar. Həmişə yanlış və şişirdilmiş məlumatlar hakim olur. Müxaliflərin uğur qazanmasının və iqtidarın zəifləməsinin əsas səbəbi budur.

Hakimiyyət bu müddət ərzində heç bir islahat həyata keçirmədi, ordu və cəmiyyət arasında yeni bir forma yarada bilmədi. Cəmiyyətdə yeni təzyiqlər, yeni həbslər və yeni qırğınlar etməklə özünə qarşı reaksiyaları daha da artırdı. Belə rejimlərdə ordudakı zabitlər və əsgərlər qorxudan susur. Lakin hakimiyyət zəifləyən kimi bu qrupların əks tərəfə keçməsi, silahlarını yerə qoyması və müharibədən uzaqlaşması açıq-aşkar görünür”.

Onun sözlərinə görə, müxalifətin hərtərəfli hazırlıqlı olması diqqətdən qaçmır:

“Digər tərəfdən, müxalif qrupların ciddi şəkildə hazır olduğunu görürük. Təkcə intizam deyil, eyni zamanda videolarda və görüntülərdə də göründüyü kimi, şəhər daxilindəki yürüşlər, hərəkətlər, geyim tərzi... Texnoloji cəhətdən daha yüksək səviyyədədirlər. Əvvəlki illərlə müqayisədə daha hazırlıqlı olduqlarını, peyk sistemləri və texnologiyadan istifadə etdiklərini müşahidə edirik. Bu, onların müharibəyə daha hazırlıqlı olduqlarını göstərir. Müxaliflərin bu qədər sürətli irəliləməsi isə Əsəd rejiminin öz gücünə həddindən artıq güvənməsi ilə bağlıdır. Yəni şişirdilmiş güc və yanlış düşüncə tərzinin nəticəsidir”.

Tarix
2024.12.07 / 08:00
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla