Bu sözləri "Hesabat" verilişində Mir Şahinin qonağı olan
Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov
deyib.
Administrasiya nümayəndəsi son günlər cəbhə bölgəsində yaşanan
gərginlik fonunda Ermənistan prezidenti Serj Sərkisyanın
danışıqlardan imtina etməsi və Qarabağ münaqişəsinin həlli ilə
bağlı siyasi arenada baş verənlər haqqında fikirlərini bölüşüb.
"Ermənistan hakimiyyəti nə edəcəkləri barədə bir qərara gələ
bilmir. Hazırkı vəziyyətdən çıxış yollarını tapmaqda çətinlik
çəkirlər. Ermənilər gah nala vurur, gah da mıxa. Biri bir söz
deyir, digəri onun əksinə olan başqa bir söz deyir. Bu, sadəcə,
mövcud vəziyyətdə çaş-baş qalmaq deməkdir", - deyə Novruz Məmmədov
bildirib.
Cəbhə bölgəsində baş verən döyüşlərdən sonra dünyanın diqqətinin
bir daha Azərbaycanın probleminə yönəldiyini qeyd edən Novruz
Məmmədov münaqişənin ədalətli həllini dəstəkləyənlərin sayının daha
da artdığını, Rusiya, ABŞ və Fransanın da Azərbaycanın ədalətli
mövqeyni dəstəklədiklərini bildirib.
"Azərbaycanın səbri tükənir. Bunu bütün ölkələr görür, nəzərə
alır və almalıdırlar", - deyə Prezident Administrasiyası rəhbərinin
müavini Novruz Məmmədov vurğulayıb.
Norvruz Məmmədov həmçinin əlavə edib ki, Azərbaycan və
Ermənistan təmas xəttində vəziyyətin gərginləşməsi ölkəmizin
nüfuzuna təsir etməyib: "Azərbaycana investisiya qoymaq, əməkdaşlıq
etmək istəyənlərin sayı artıb, beynəlxalq banklar, fondlar da
ölkəmizlə əməkdaşlıq edir, dünya Azərbaycanı risk, təhlükə zonası
kimi görmür".